

“Edliyyeinfo.az” xəbər verir ki, ötən gün ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb.
Bu mərhələdə iştirak etmiş 89 namizəddən zəruri keçid balı toplamış 64 nəfərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə Nazirliyin Müsabiqə Komissiyası tərəfindən qərar qəbul edilib.
Söhbət mərhələsində uğur qazanaraq icbari təlimə cəlb olunan namizədlərin siyahısı ilə linkə keçid edərək tanış olmaq mümkündür: https://justice.gov.az/news/3950