Ədliyyə Info

Fərid Əhmədov Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevlə görüşüb

Edliyyeinfo.az xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.
Görüş çərçivəsində Milli Aviasiya Akademiyası (MAA) ilə Ədliyyə Nazirliyi arasında hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək birgə işlər və digər tərəfdaşlıq perspektivləri müzakirə edilib.
Görüşdə MAA ilə Nazirlik arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandumda MAA-da hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin Nazirliyin struktur bölmələrində təcrübə keçmələri və könüllü fəaliyyətə cəlb olunmaları, Nazirliyin əməkdaşlarının MAA-da hüquqşünasların hazırlığı prosesində iştirak etmələri, hüquq elminin inkişafına yönəlmiş birgə təkliflərin hazırlanması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Görüşdə akademik Arif Mir Cəlal oğlu Paşayev və nazir Fərid Əhmədov tərəfindən beynəlxalq, eləcə də yerli müsabiqə və olimpiadalarda iştirak etmiş və uğur qazanmış bir qrup tələbəyə təşəkkürnamələr təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir