Edliyyeinfo.az: İnzibati orqanların və ya vəzifəli şəxslərin qanunsuz qərarları, hərəkətləri və ya hərəkətsizlikləri ilə razılaşmayan vətəndaşlar bu hallara qarşı inzibati şikayət vermək hüququna malikdir. Bu proses İnzibati Prosessual Məcəllə ilə tənzimlənir.
Şikayət necə hazırlanmalıdır?
1. Şəxsi məlumatlar
Ad, soyad, ata adı
Ünvan və əlaqə vasitələri
2. Şikayət edilən orqanın və ya şəxsin adı
Hansı qurum və ya vəzifəli şəxsə qarşı şikayət edilirsə, dəqiq göstərilməlidir.
3. Narazılığın mahiyyəti
Qanunsuz hesab edilən qərar, hərəkət və ya hərəkətsizliyin qısa və aydın təsviri.
4. Hüquqi əsaslar və arqumentlər
Nəyə görə bu qərar/hərəkət qanunsuzdur?
Hangi hüquqlar pozulub?
5. Tələblər
Qərarın ləğvi, dəyişdirilməsi, hərəkətin dayandırılması və ya konkret tədbirin görülməsi barədə açıq şəkildə qeyd olunmalıdır.
6. Əlavələr
Şikayəti əsaslandıran sənədlərin surətləri əlavə edilməlidir (əgər varsa).
7. Tarix və imza
Şikayətə tarixi yazmağı və imzalamağı unutmayın.
Şikayət necə təqdim olunur?
Poçt vasitəsilə göndərilə bilər.
Birbaşa həmin orqana şəxsən təqdim edilə bilər.
Elektron şəkildə “e-edliye.gov.az” və ya “my.gov.az” portallarından göndərilə bilər.
Vaxt məhdudiyyəti:
Şikayət 30 gün müddətində təqdim edilməlidir. Bu müddət, qərarın verildiyi və ya pozuntunun baş verdiyi gündən hesablanır.
Hazırladı: Asiman Əsədsoy
Edliyyeinfo.az