Qanunsuz tikilinin sökülməsi mümkündürmü?
Bəli. Bu məsələ İnzibati Xətalar Məcəlləsinin 222-ci maddəsində konkret əksini tapıb:
Maddə 222.1: Tikinti-quraşdırma işlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə almadan başlanılması — fiziki şəxslər üçün 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər üçün 2 000 manatdan 4 000 manatadək, hüquqi şəxslər üçün isə 10 000 manatdan 20 000 manatadək cərimə ilə cəzalandırılır.
Maddə 222.2: Qanunsuz tikinti nəticəsində inşa edilən tikilinin sökülməsi barədə qərar qanunvericiliklə müəyyən olunmuş hallarda aidiyyəti orqan tərəfindən qəbul edilə bilər.
Bu o deməkdir ki, heç bir xəbərdarlıq edilmədən qanunsuz tikiliniz sökülə bilər. Ən əsası isə budur ki, bu tikilidə uzun müddət yaşasanız belə, bu, onu qanuni etmir.
Vətəndaş nə etməlidir?
Əgər siz bu vəziyyətlə üzləşmisinizsə, aşağıdakı hüquqi addımları ata bilərsiniz:
1. Tikintiyə icazə sənədi almağa çalışın. Tikintiniz planlaşdırılmış əraziyə və normativlərə uyğundursa, bəzi hallarda sənədləşdirmə mümkündür.
2. Əmlakın leqallaşdırılması üçün məhkəməyə müraciət edin. Xüsusilə tikili yaşayış üçün əlverişlidirsə və ictimai təhlükə yaratmırsa, bəzən məhkəmələr leqallaşdırmanı mümkün sayır.
3. Söküntü qərarına qarşı inzibati və ya məhkəmə qaydasında şikayət edin.
Qanunsuz tikinti təkcə maliyyə itkisi deyil, həm də hüquqi risk daşıyır. Ona görə də hər bir vətəndaş tikintiyə başlamazdan əvvəl Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini öyrənməli, aidiyyəti qurumlardan icazələrini almalı, və ən əsası Edliyyeinfo.az kimi hüquqi platformalardan mütəmadi maarifləndirici məlumatlar oxumalıdır.
Bu və digər vacib hüquqi mövzularda gündəlik maarifləndirmələri Edliyyeinfo.az saytından izləyə bilərsiniz.
Hazırladı: Jalə Asiman
Edliyyeinfo.az