Ədliyyə Info

Ədliyyə naziri Fərid Əhmədov Quba şəhərində vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 18 iyul tarixində Quba şəhərində vətəndaşları qəbul edib.
Edliyyeinfo.az  qeyd edir ki, o, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
May be an image of the Brandenburg Gate
May be an image of 3 people and wedding
Qəbulda  Quba,  Qusar, Xaçmaz, Şabran, Siyəzən Xızı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
May be an image of 4 people, lighting and table
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir