Info

Yanğın zamanı davranış qaydaları ilə bağlı təlim keçirilib

Edliyyeinfo.az:  Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında fövqəladə hadisələr, o cümlədən yanğın zamanı düzgün davranış qaydalarının aşılanması, əməkdaşların və yanğından mühafizə dəstələrinin xilasetmə üzrə peşəkar bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq təlimlər, seminarlar və məşğələlər keçirilir.

İxtisaslaşdırılmış müalicə müəssisəsində təşkil edilmiş növbəti təlimdə yanğın zamanı ilkin müdaxilə üsulları, yanğınsöndürən vasitələrin düzgün tətbiqi, xilasetmə işlərinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub və praktiki olaraq nümayiş etdirilib.

13 kişi ve yazı görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir