Info

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin poliklinikasının rəisi Ramil Hüseynzadə beşinci “Yüksəliş” müsabiqəsinin qalibi olub

Edliyyeinfo.az  xəbər verir ki, Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin poliklinikasının rəisi Ramil Hüseynzadə beşinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.
Ramil Hüseynzadə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. 695 balla respublika ikincisi olaraq qəbul olunduğu universiteti 2017-ci ildə fərqlənmə diplomu ilə bitirib. Rezidenturaya qəbul imtahanında göstərdiyi yüksək nəticə ilə psixiatriya ixtisasına daxil olub.
2017–2025-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olan Ramil Hüseynzadə tibbi fənləri tədris edib. Eyni zamanda o, Türkiyədə Ondokuz Mayıs Universitetində ixtisasartırma kursları keçib, həmçinin bir neçə tibbi konqresin təşkilatçısı olub.
Peşəkar fəaliyyəti ərzində müxtəlif səhiyyə müəssisələrində – Respublika Neyrocərrahiyyə Xəstəxanası, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Lənkəran şəhər Psixiatriya Xəstəxanasında çalışıb. 2025-ci ilin iyun ayında Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin poliklinikasının rəisi vəzifəsinə təyin olunub.
Əməkdaşımızı və “Yüksəliş” müsabiqəsinin digər qaliblərini səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Ədliyyə Nazirliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir