Info

Yetkinlik yaşına çatmayanların hüquqi məsuliyyəti konkret yaş həddlərinə əsasən müəyyən olunur

Azyaşlıların cəmiyyət içində davranışları və onların hüquqi məsuliyyəti hüquq sistemində xüsusi yanaşma tələb edən sahələrdən biridir. Cinayət və inzibati hüquq pozuntuları baxımından yetkinlik yaşına çatmayan şəxslərə qarşı tətbiq edilən məsuliyyət ümumi qaydalardan fərqlənir.

Edliyyeinfo.az  xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, hüquqi məsuliyyətin yaranması yaş həddindən və törədilən hüquq pozuntusunun xarakterindən asılı olaraq müəyyən edilir.

Cinayət Məcəlləsinə görə, ümumi qayda ilə 16 yaşına çatmış şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Lakin bəzi ağır cinayətlər — qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, soyğunçuluq, quldurluq, zorlama, terror aktı və s. kimi əməllər üçün 14 yaşdan etibarən məsuliyyət nəzərdə tutulur.

Edliyyeinfo.az  yazır ki, inzibati xəta törətmiş azyaşlılar üçün isə məsuliyyət həddi 15 yaşdan başlayır. Bu zaman məhkəmə uşağın yaşını, əqli inkişafını və davranışının cəmiyyətə təhlükəsini nəzərə alaraq qərar verir.

Bundan əlavə, yetkinlik yaşına çatmayanların hüquqlarını qorumaq məqsədilə onlar barəsində tətbiq edilən cəza və tədbirlər də fərqlidir. Bu tədbirlərə xəbərdarlıq, ictimai işlərə cəlb etmə, valideyn nəzarəti altına vermə və ya xüsusi tərbiyə müəssisəsinə göndərmə daxildir. Əsas məqsəd uşağın cəzalandırılması deyil, onun tərbiyə edilməsi və cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir