Ədliyyə Info

27 Sentyabr – Anım Günü ilə əlaqədar Ədliyyə Nazirliyində tədbir keçirilib

Edliyyeinfo.az xəbər verir ki, 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Ədliyyə Nazirliyində tədbir keçirilib.

Tədbirdə ədliyyə nazirinin müavini Abiddin Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli, Nazirliyin şəhid əməkdaşlarının ailə üzvləri və Nazirliyin kollektivi iştirak ediblər.

Tədbirdən öncə şəhid ədliyyə qulluqçusu Ruhin Xəlilovun Nazirliyin inzibati binasındakı büstü ziyarət edilib, xatirəsi yad olunub.

Daha sonra tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən nazir müavini Abiddin Hüseynov ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsinin qəlblərdə daim əziz tutulduğunu vurğulayıb. Nazir müavini dövlət başçısının rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin xalqımızın gücünün və birliyinin rəmzinə çevrildiyini qeyd edib, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb.

Millət vəkili Əli Hüseynli öz növbəsində 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının milli həmrəylik və böyük qətiyyət nümayiş etdirərək düşmən üzərində parlaq qələbə qazandığını, bu mübarizədə şəhidlik zirvəsinə ucalan qəhrəmanların gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. Millət vəkili, həmçinin bu il qeyd olunan “Konstitusiya və Suverenlik İli” haqqında danışıb, ən yaxın tariximizin bu yola aparan vacib mərhələləri haqqında kollektivə məlumat verib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir