Ədliyyə Info

“881” Çağrı Mərkəzi sentyabr ayında 14 mindən çox vətəndaş müraciətinə cavab verib

Sentyabr ayı ərzində “881” Çağrı Mərkəzinə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə daxil olan 14.251 müraciətdən 13.920-si cavablandırılıb.
Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 90 faiz təşkil edib, habelə vətəndaşların müraciətlərinə orta hesabla 1 dəqiqə 33 saniyə ərzində cavab verilib.
“Geriyə zəng” və “zəng sifarişi” xidmətləri vasitəsilə ay ərzində 331 itirilmiş zənglə əks əlaqə yaradılıb və qeyri-iş günlərində müraciət edən 358 vətəndaşın suallarının cavablandırılması təmin edilib.
Ədliyyə Nazirliyi Çağrı Mərkəzinin inkişaf etdirilməsi, qanunvericiliyin tələblərinə və müasir standartlara uyğun təşkili, vətəndaş məmnunluğunun, operativliyin və göstərilən xidmətin keyfiyyətinin artırılması üçün davamlı olaraq tədbirlər həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir