Info Sənədlər

Hərbi xidmət keçməkdən boyun qaçırmağa görə hansı cəza növü tətbiq edilir?

Edliyyeinfo.az:  Əgər söhbət müddətli (həqiqi) hərbi xidmətdən yayınma faktından gedirsə, bu məsələ məhkəmə məsuliyyəti (cinayət məsuliyyəti) yarada bilər.
Vəkil Esmira Rzayevanı sözlərinə görə sözlərinə görə, Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən hərbi xidmətdən boyun qaçırma azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil qeyd edib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə görə 
 “Həqiqi hərbi xidmətdən yayınma” — çağırış üzrə həqiqi hərbi xidmətə getməkdən boyun qaçıran, gizlənən, saxta sənədlər təqdim edən və ya başqa yollarla çağırışdan yayınan şəxs cinayət məsuliyyətinə cəlb olunur.
Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əgər yayınma müharibə və ya səfərbərlik dövründə baş veribsə, cəza daha ağır olur (321.2 maddəsi – 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir