Bu barədə Edliyyeinfo.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Notariat, qeydiyyat və reyestr baş idarəsi, Tibb baş idarəsi və İnsan resursları idarəsinin fəaliyyət istiqamətləri ilə bağlı 12 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Qəbula qatılan vətəndaşlar belə görüşlərin region sakinləri üçün əhəmiyyətini vurğulayıb, operativ həll mexanizmlərindən məmnunluqlarını ifadə ediblər.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.





