Ədliyyə Info

Ədliyyə naziri Fərid Əhmədov Bərdə şəhərində vətəndaşları qəbul etdi

Edliyyeinfo.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov 5 dekabr tarixində Bərdə şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Bərdə, Mingəçevir, Yevlax, Ağcabədi, AğdamTərtər rayonlarından ümumilikdə 61 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir