Info

Uğurlu dövlət siyasətinin qızıl səhifələri: Azərbaycanın sabitlik modeli

Edliyyeinfo.az:  Azərbaycan dövləti son illərdə apardığı düşünülmüş və məqsədyönlü siyasəti ilə regionda və beynəlxalq müstəvidə nümunəvi bir inkişaf modeli formalaşdırmaqdadır. Ölkə rəhbərliyinin ardıcıl və uzaqgörən qərarları nəticəsində Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bir çox nailiyyətlər əldə olunmuşdur. Xüsusilə son 200 illik tarixi perspektivdə ölkəmizin qazandığı Qələbə — Vətən Müharibəsi — milli dövlətçilik tariximizin ən parlaq dönəmlərindən biri oldu. Bu uğur təkcə hərbi gücün deyil, həm də siyasi iradə, strateji diplomatiya və milli birlik amilinin vəhdətindən doğdu.
Bu gün ölkənin xarici siyasəti ilə yanaşı, daxildə də sabitlik, təhlükəsizlik və sosial rifah yönümlü siyasət ardıcıl şəkildə həyata keçirilir. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən müəyyən edilən əsas prioritetlərdən biri vətəndaş məmnunluğudur. Xidmətlərin keyfiyyətinin artırılması, təhlükəsizliyin təmin olunması və institusional idarəetmənin müasirləşdirilməsi istiqamətində görülən işlər geniş ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.
Bu uğurların əldə edilməsində, şübhəsiz ki, müxtəlif dövlət qurumlarının, xüsusilə də hüquq-mühafizə orqanlarının xüsusi rolu var.
Hüquq-mühafizə orqanları uzun illərdir peşəkarlığı, prinsipiallığı və vətəndaşlara açıq münasibəti ilə seçilir. Bu qurumlar daxili sabitliyin qorunması, ictimai asayişin təmin olunması və vətəndaşların təhlükəsizliyinin yüksəldilməsi istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərir. Onların fəaliyyəti dövlət başçısının müəyyən etdiyi inkişaf xəttini həm peşəkarlıqla, həm də böyük məsuliyyət hissi ilə həyata keçirir.
Cəmiyyət tərəfindən dəfələrlə yüksək qiymətləndirilən bu xidmət modeli, məhz düzgün seçilmiş kadr siyasətinin nəticəsidir. Polis orqanlarında aparılan təyinatlar, idarə rəisləri və şöbə rəhbərlərinin seçimi müasir idarəetmə tələblərinə cavab verən, xalqa xidmət prinsiplərini üstün tutan şəxslərlə təmin olunur.
Bu baxımdan xüsusi olaraq qeyd olunmalı fiqurlardan biri Cəbrayıl rayon Polis Şöbəsinin rəisi — polkovnik Toğrul Mahmudovdur. Toğrul Mahmudov gənc olmasına baxmayaraq, yüksək peşəkarlığı, məsuliyyətli fəaliyyəti və vətəndaşlarla mütəmadi təması ilə nüfuz qazanmışdır. Onun rəhbərlik etdiyi kollektivdə intizam, operativlik və şəffaflıq prinsipləri ön plandadır. Toğrul Mahmudov vaxtaşırı olaraq vətəndaşlarla görüşlər keçirir, müraciətləri şəxsi nəzarətinə götürür və çətinliklərin aradan qaldırılması üçün dərhal tapşırıqlar verir. Bu isə bölgədə xidmətin keyfiyyətinin yüksəlməsinə, eyni zamanda polis–vətəndaş münasibətlərinin güclənməsinə səbəb olur.
Beləliklə, Azərbaycanın inkişaf modeli təkcə siyasi strategiya ilə deyil, həm də dövlət idarəetməsində peşəkar komandanın formalaşdırılması ilə təmin olunur. Xarici siyasətdə nüfuz, daxildə sabitlik və vətəndaşa xidmət fəlsəfəsi ölkəmizin müasir dövrdə əldə etdiyi uğurların əsas təməlini təşkil edir. Bu gün dövlətin apardığı siyasət, həyata keçirilən islahatlar və qurulan idarəetmə sistemi Azərbaycanın gələcək tarixinin də qızıl səhifələrlə yazılacağının ən real göstəricisidir.
Kamal Əsgərov
“DogruXeber.tv” informasiya portalının rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir