

Edliyyeinfo.az xəbər verir ki, Ədliyyə Nazirliyinin İcra xidməti, Tibb baş idarəsi, İstintaq idarəsinin yerləşdiyi ünvanlar dəyişdirilib.
Yeni ünvanlar aşağıdakı kimidir:
– İcra xidməti – Bakı şəhəri, Nəsimi rayonu, Nəcəf bəy Vəzirov küçəsi 56
– Tibb baş idarəsi – Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 86
– İstintaq idarəsi – Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 80/2
Vətəndaşlardan müraciətlərini yeni ünvanlar üzrə etmələri xahiş olunur.
Ünvanlarla bağlı ətraflı məlumat almaq üçün vətəndaşlar Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.



