Ədliyyə Info

Ədliyyə naziri Göyçayda regional vətəndaş qəbulu keçirib

Ədliyyə naziri Fərid Əhmədov 6 fevral tarixində Göyçay şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Qəbulda Göyçay, Ağdaş, Ağsu, Zərdab, İsmayıllı, Kürdəmir, UcarŞamaxı rayonlarından ümumilikdə 74 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir