Hüquqşünas–mediator Zaur Quliyevin təqdimatında “Hüququn səsi” verilişinin ilk buraxılışı Dünya Televiziyası ekranında tamaşaçılara təqdim olunub.
Hüquqi maarifləndirmə məqsədi daşıyan verilişin ilk buraxılışında “Qadın hüquqları kişi hüquqlarından üstündürmü?” mövzusu müzakirə edilib. Mövzu çərçivəsində gender bərabərliyi, qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələr, eləcə də cəmiyyətdə formalaşmış stereotiplər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, verilişin informasiya dəstəyi Edliyyeinfo.az saytıdır.
Növbəti buraxılış gələn həftənin şənbə günü saat 15:00-da yayımlanacaq. Proqramda “Kişilər nəyə görə mediasiya prosesində iştirak etməkdə maraqlı deyillər?” mövzusu müzakirə olunacaq.





