Info

Hüquq Sahəsində Yeni Dövr: Rule Academy ilə Peşəkarlığınızı Zirvəyə Daşıyın!

Bugünkü müsahibəmiz hüquq sahəsində fəaliyyət göstərən və hüquqşünasların həm tədris, həm də praktiki bacarıqlarını inkişaf etdirməyə yönəlmiş platforma – Rule Academy MMC ilə bağlıdır. Söhbətimizdə platformanın yaranma səbəbləri, təqdim olunan xidmətlər, mentorluq və təlim imkanları, hüquqi yardım sistemi, gələcək planları və Azərbaycanda hüquq təhsilinin inkişafı ilə bağlı baxışlar haqqında ətraflı məlumat əldə edəcəyik.

– Rule Academy nədir və hansı ehtiyacdan yaranıb?

–  Rule Academy MMC dövlət qeydiyyatından keçmiş onlayn qaydada fəaliyyət göstərən hüquq hazırlıq və hüquqi xidmət platformasıdır. Bu platformanın yaradılması bir sıra real ehtiyaclardan irəli gəlmişdir.

Əsas ehtiyaclardan biri hüquqşünasların hüquq-mühafizə orqanlarına və digər hüquqi sahələr üzrə imtahanlara hazırlaşarkən daha sistemli və düzgün istiqamətləndirilmiş hazırlıq modelinə ehtiyac duymaları idi. Təcrübə göstərirdi ki, namizədlərin əksəriyyəti necə və hansı metodlarla hazırlaşmalı olduqları barədə aydın və strukturlaşdırılmış yanaşmaya malik olmurlar. Rule Academy məhz bu boşluğu aradan qaldırmaq məqsədilə yaradılmışdır.

Digər mühüm ehtiyac isə vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlıdır. Bəzi hallarda vətəndaşlar pozulmuş və ya pozulması ehtimal olunan hüquqları ilə bağlı mübahisələrin həlli üçün hansı sahədə ixtisaslaşmış vəkilə müraciət etməli olduqlarını dəqiq müəyyən edə bilmirlər. Həmçinin məsafə, hüquqi məlumatın yetərli olmaması və digər amillər səbəbindən bəzən məhkəməyə müraciət etmək və ya lazımi hüquqi sənədləri hazırlamaq çətinləşir.

Rule Academy bu istiqamətdə də fəaliyyət göstərərək vətəndaşları müvafiq sahə üzrə ixtisaslaşmış hüquqşünas və vəkillərlə əlaqələndirməyə, həmçinin onlara zəruri hüquqi istiqamət verməyə çalışır.

Beləliklə, Rule Academy hüquq-mühafizə orqanlarına hazırlaşan namizədlərə dəstək göstərmək, vətəndaşların hüquqi məsələlərlə bağlı düzgün istiqamət əldə etmələrinə kömək etmək və hüquq sahəsində müxtəlif təlim və inkişaf imkanları təqdim etmək məqsədi ilə yaradılmışdır. Rule Academy MMC öz xidmətlərini ruleacademy.edu.az  saytı vasitəsilə həyata keçirir.

– Rule Academy digər hüquq kurslarından nə ilə fərqlənir?

–   Rule Academy hüquq hazırlığı sahəsində fəaliyyət göstərən klassik kurs modelindən fərqli yanaşma tətbiq edir. Platforma əsasən mentorluq prinsipi əsasında fəaliyyət göstərir və hüquqşünasların hazırlıq prosesində onlara metodiki və akademik dəstək göstərməyi hədəfləyir.

Bu çərçivədə Rule Academy tərəfindən mövzular üzrə lakonik, aydın və sxematik formada hazırlanmış konspektlər təqdim olunur, mövzunu tam əhatə edən testlər hazırlanır və iştirakçıların suallarının cavablandırılması üçün canlı sual-cavab sessiyaları təşkil edilir. Bu yanaşma namizədlərin mövzuları daha sistemli və dərindən mənimsəməsinə imkan yaradır.

Bundan əlavə, Rule Academy-nin digər fərqli cəhətlərindən biri də fəaliyyətinin yalnız bir istiqamətlə məhdudlaşmaması, hüquq sahəsində müxtəlif inkişaf və dəstək xidmətlərini özündə birləşdirən çoxşaxəli platforma kimi fəaliyyət göstərməsidir.

–  Platformada hansı xidmətlər təqdim olunur ?

–   Rule Academy MMC aşağıdakı əsas xidmətləri təqdim edir:

1.Hüquq-mühafizə orqanlarına hazırlaşan hüquqşünaslar üçün mentor dəstəyi

2.Hüquq sahəsi üzrə təlimlər

3.Hüquqi yardım

– Rule Academy-də mentorluq xidməti necə işləyir və iştirakçılara nə kimi fayda təmin edir?

– Rule Academy-də mentorluq xidməti hüquqşünaslara hazırlıq prosesində fərdi və sistemli dəstək göstərir. Hər bir iştirakçı üçün fərdi hazırlıq planı hazırlanır və bu plan əsasında mövzuların mənimsənilməsi, lakonik və sxematik konspektlərin təqdim olunması, testlərin icrası və praktiki tapşırıqların yerinə yetirilməsi təmin olunur.

Mentorlar iştirakçıların güclü və zəif tərəflərini qiymətləndirir, onları məqsədyönlü şəkildə yönləndirir və suallarını canlı sessiyalarda cavablandırır. Bu yanaşma namizədlərin yalnız ümumi bilik əldə etməsinə deyil, həm də fərdi inkişaflarına, test bacarıqlarının gücləndirilməsinə və imtahan strategiyalarının düzgün qurulmasına imkan yaradır.

Beləliklə, mentorluq xidməti həm hazırlığın planlı aparılmasını, həm iştirakçının fərdi ehtiyaclarına uyğun dəstəyi, həm də konsept və test vasitəsilə biliklərin daha sistemli mənimsənilməsini təmin edən əhatəli bir sistemdir.

– Rule Academy-də təqdim olunan təlimlər hansı hədəf qrupa yönəldilmişdir və bu təlimlər kimlər tərəfindən həyata keçirilir?

– Rule Academy-də təlimlər hüquqşünasların fərdi ehtiyaclarından irəli gələrək təşkil olunub. Bəzən hüquqşünaslar istədikləri mövzularla rastlaşmaya bilirlər, halbuki həmin mövzular onların peşəkar inkişafı üçün vacibdir. Təlimlər məhz bu ehtiyacı qarşılamaq məqsədilə yaradılmışdır.

Təlimlər peşəkar vəkillər və təcrübəli hüquqşünaslar tərəfindən həyata keçirilir. Təlim proqramları saatlıq, həftəlik və aylıq bölmələrə uyğun təşkil olunur və bu bölünmə mövzudan mövzuya görə dəyişir.

Təlimlər hüquq fakültəsinin tələbələri, əmək fəaliyyəti ilə məşğul olan hüquqşünaslar, hüquq-mühafizə və digər dövlət orqanlarına hazırlaşan hüquqşünaslar – yəni bütün hüquqşünaslar üçün nəzərdə tutulub. Təlimlərin məqsədi əsas mövzuların hüquqşünaslar tərəfindən mənimsədilməsi, yalnız nəzəri deyil, həm də praktiki bilik və bacarıqların əldə edilməsini təmin etməkdir.

–  Rule Academy-də təqdim olunan hüquqi yardım xidməti necə işləyir və vətəndaşlara hansı dəstəyi təmin edir?

– Rule Academy tərəfindən həyata keçirilən hüquqi yardım xidməti fiziki və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin qorunmasına yönəlmiş sistemli əlaqələndirmə mexanizmi əsasında təşkil olunur. Hüquqi yardım almaq istəyən şəxslər platforma vasitəsilə Rule Academy-yə müraciət edərək problemləri barədə ilkin məlumatları təqdim edirlər. Qeyd edilməlidir ki, vətəndaşlar tərəfindən Rule Academy-yə birbaşa hər hansı ödəniş həyata keçirilmir və akademiya bu mərhələdə ödənişsiz əlaqələndirici funksiyanı yerinə yetirir.
Daxil olmuş müraciətlər akademiya tərəfindən məzmun üzrə hüquqi araşdırmaya cəlb edilmir, müraciətin xarakterinə uyğun olaraq aid olduğu hüquq sahəsi müəyyən edilir və işin növünə uyğun müvafiq ixtisaslaşmış vəkillərə yönləndirilir. Rule Academy bu prosesdə yalnız əlaqələndirici rolunu icra edir və hüquqi məsələnin mahiyyəti üzrə hər hansı hüquqi mövqe formalaşdırmır.
Yönləndirilmiş vəkil tərəfindən müraciət edən şəxslə birbaşa əlaqə yaradılır, işin faktiki və hüquqi halları ətraflı öyrənilir, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe formalaşdırılır və zəruri hüquqi tədbirlər görülür. Bu çərçivədə iddia ərizələri, şikayətlər və vəsatətlər hazırlanır, müvafiq dövlət orqanları və məhkəmələr qarşısında hüquqi təmsilçilik həyata keçirilir, prosessual mərhələlərdə hüquqi müşayiət göstərilir. Rule Academy hüquqi yardım xidmətini qanunçuluq, peşəkarlıq, şəffaflıq, məxfilik və məsuliyyət prinsipləri əsasında təşkil edərək müraciət edən şəxslərlə ixtisaslaşmış vəkillər arasında etibarlı əlaqələndirici rolunu yerinə yetirir və hüquqi problemlərin səmərəli, əsaslandırılmış və nəticəyönümlü həllinə şərait yaradır.

– Hüquq-mühafizə orqanlarına hazırlaşan namizədlər üçün Rule Academy əlavə olaraq hansı xidmətləri təqdim edir?

– Rule Academy hüquq-mühafizə orqanlarına hazırlaşan namizədlər üçün əlavə olaraq sınaq imtahanları və olimpiadalar təşkil edir.

Sınaq imtahanları real qəbul imtahanlarının tələblərinə uyğun hazırlanır və iştirakçıların bir çox mövzunu sistemli şəkildə mənimsəməsinə imkan verir. Bu, namizədlərin fərdi inkişafına və bilik səviyyəsinin yüksəldilməsinə töhfə verir.

Olimpiadalar qısa zaman ərzində, respublika səviyyəsində həyata keçirilir. Nəticələrə əsasən iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunur, bu da onları motivasiya edir və hazırlıq prosesində perspektiv yaradır.

– Rule Academy-nin gələcək inkişaf və genişlənmə planları nələrdir?

– Rule Academy MMC gələcəkdə hüquq sahəsində tədris və digər hüquqi xidmətlərin həm hüquqşünaslar, həm də vətəndaşlar üçün daha faydalı və əlçatan olmasını təmin etməyi planlaşdırır. Platforma hazırda onlayn fəaliyyət göstərir, lakin gələcəkdə əyani şəkildə də təlim imkanları təqdim etməyi nəzərdə tutur.

Beləliklə, Rule Academy iştirakçılara daha geniş və fərdi inkişaf imkanları təqdim edəcək, tədris prosesini innovativ və interaktiv şəkildə zənginləşdirməyi hədəfləyir.

– Azərbaycanda hüquq təhsilinin inkişafı ilə bağlı sizin baxışınız və tövsiyələriniz nədir?

– Azərbaycanda hüquq təhsilinin inkişafı üçün əsas amil praktiki və nəzəri biliklərin balanslı şəkildə verilməsidir. Təhsil sistemi yalnız qanunları öyrətməklə kifayətlənməməli, hüquqşünasların praktiki bacarıqlarını da formalaşdırmalıdır.

Bununla yanaşı, müasir texnologiyaların və interaktiv tədris üsullarının təhsilə inteqrasiyası vacibdir. Onlayn və əyani tədris imkanlarının birləşdirilməsi, testlər və fərdi proqramlar hüquqşünasların bilik və bacarıqlarının daha effektiv inkişafına xidmət edə bilər.

Eyni zamanda, hüquq təhsili sahəsində fərdi yanaşmanın tətbiqi, tələbələrin ehtiyac və maraqlarına uyğun proqramların hazırlanması da inkişafı sürətləndirə bilər. Bu istiqamət hüquq sahəsində peşəkar kadrların hazırlanması üçün əsas şərtdir.

Edliyyeinfo.az  qeyd edir  ki,  Rule Academy MMC hüquqşünaslar və vətəndaşlar üçün peşəkar hüquq dəstəyi, mentorluq, təlim və tədris imkanlarını birləşdirən müasir və çoxşaxəli platformadır. Platforma yalnız bilik verməklə kifayətlənmir, həm də iştirakçıların praktiki bacarıqlarını artırmaq və onların hüquqi məsələlərdə effektiv həllər tapmalarına dəstək göstərir.

Əlaqə vasitələri:
📧 E-poçt: ruleacademymmc@gmail.com
📞 Telefon: 0703740786

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir