Edliyyeinfo.az: Boşanma zamanı ən həssas məsələlərdən biri uşağın kimdə qalacağıdır. Qanunvericiliyə görə bu məsələ valideynlərin istəyi ilə deyil, ilk növbədə uşağın mənafeyi əsasında həll olunur.
Əgər valideynlər qarşılıqlı razılığa gələ bilirlərsə, uşaq onların razılaşmasına uyğun olaraq anada və ya atada qala bilər. Lakin razılıq olmadıqda məsələ məhkəmə tərəfindən həll edilir.
Məhkəmə qərar verərkən bir neçə vacib amili nəzərə alır:
- uşağın yaşı
- valideynlərin maddi və mənəvi vəziyyəti
- uşağa qulluq və tərbiyə imkanları
- uşağın kimə daha bağlı olması
- yaşayış şəraiti
Azyaşlı uşaqların çox vaxt anada qalması praktikasına rast gəlinir, lakin bu, mütləq qayda deyil. Əgər ata uşağa daha yaxşı şərait yarada bilirsə, uşaq onun himayəsinə də verilə bilər.
Eyni zamanda qeyd edilməlidir ki, uşaq bir valideynlə qalsa belə, digər valideyn onunla ünsiyyət hüququnu saxlayır və uşağın saxlanması üçün aliment ödəməlidir.




