Info MƏHKƏMƏ Sənədlər

Məhkəmə Qərarının İcrası – İcra Məmurlarının Səlahiyyətləri

Məhkəmə qərarının çıxarılması hüququn bərpasının yalnız bir hissəsidir. Əsas nəticə isə qərarın icrasıdır. Bu prosesi həyata keçirən əsas şəxs – icra məmurudur.

İcra məmurları nə edir?

Qanuni güvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin edirlər;

Borcluya xəbərdarlıq göndərir, könüllü icra üçün vaxt təyin edirlər;

Əmlakın siyahıya alınması, hesabların dondurulması, daşınmaz əmlak üzərinə həbs qoyulması kimi tədbirlər görə bilərlər;

Zərurət olduqda polis əməkdaşlarının iştirakı ilə məcburi icra həyata keçirə bilərlər.

Vətəndaş nə bilməlidir?

İcra məmuru qanunsuz hərəkət edirsə və ya laqeydlik göstərirsə, şikayət hüququ var.

İcra zamanı tərəflərin hüquqları və əmlak toxunulmazlığı qorunmalıdır.

Qəsdən icradan yayınanlar İnzibati və Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar.

Qərar çıxarılması kifayət deyil — onun real icrası hüququn müdafiəsində son və ən vacib mərhələdir. İcra məmurlarının səlahiyyəti isə bu prosesin qanunla qorunan dayağıdır.

Hazıeladı; Jalə Asiman

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir