Info MƏHKƏMƏ

Əhməd Məmmədli 6 il azadlıqdan məhrum edildi

Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi bağlı məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror ittiham nitqi ilə çıxışı zamanı Əhməd Məmmədlinin 9 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Müşavirədən sonra hökm elan edilərək təqsirləndirilən 6 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanılaraq məsuliyyətə cəlb edilib.

Məlumata görə,2025-cu il mayın 6-da1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu yərəfindən törədilməsi məlum olub.Polisin əməliyyatı zamanı o saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub. Əhməd Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.//unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir