Edliyyeinfo.az: Niderland Krallığının Probasiya xidmətinin rəhbər şəxsləri Azərbaycana səfərləri çərçivəsində Ədliyyə Nazirliyində olublar. Xidmətin beynəlxalq bürosunun rəhbəri Yoxum Vildeman və probasiya siyasəti üzrə müşaviri Raymond Svennenhuisin ölkəmizə səfərinin məqsədi son illər Azərbaycanda probasiya sahəsində həyata keçirilən islahatlarla yaxından tanış olmaq, habelə ölkəmizdə probasiya fəaliyyətinin inkişafına dəstək verilməsindən ibarətdir. Qonaqlar ədliyyə nazirinin müavini Mübariz Əhmədovla görüşüblər. […]
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025–2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı”nın təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, 2025-ci il noyabrın 27-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti […]
Bu gün Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 423 nəfər qeydiyyatdan keçib. Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi […]