Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimə müəyyənləşir. Edliyyeinfo.az xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı […]
Author: Jale Asiman
Bu məlumatlar informasiya sistemi vasitəsilə ötürüləcək
Büdcə təşkilatları dövlət büdcəsi və icmal büdcənin zəruri məlumatlarını dövlət orqanına “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə təqdim edəcək. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, bu qanunla müəyyən edilmiş müddətdə dövlət […]
Bu əmələ görə 2500 manatadək cərimə müəyyənləşir
Azərbaycanda emal edilməmiş almazların idxal və ixracı ilə bağlı yeni cərimə tətbiq ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihədə qeyd edilir ki, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın 5 (qurumun) rəyi olmadan idxalı […]
Maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı yeni qayda
Maliyyə hesabatlarının tərtib və təqdim edilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi üzərindən həyata keçiriləcək. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə […]
Tender müqavilələrinin imzalanması ilə bağlı yenilik
Satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələri “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, bu qanun satınalan təşkilatın cari ilin […]
İnam Kərimovdan hakimlərin etik davranış qaydaları ilə bağlı açıqlama
Ötən dövr məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qanunvericilik və institusional islahatlar aparılıb, bu islahatların beynəlxalq aləmdə təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilib. Edliyyeinfo.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakıda keçirilən Azərbaycan Hakimlərinin II Forumunda açılış nitqi zamanı səsləndirib. […]
Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - Yeni qanun
Əmək şəraiti və stajına görə, həmçinin uşaqlı qadınlar və azad edilən ərazilərdə işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlə bağlı yeni qaydalar tətbiq ediləcək. Edliyyeinfo.az-ın Trend-dən əldə etdiyi məlumata görə, sözügedən şəxslərə istifadə etdikləri əlavə məzuniyyətə görə kompensasiya veriləcək. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə […]
Qonşusuna hədə-qorxu gələnə hökm oxundu
Qonşusunu döyərək hədə-qorxu gəlməkdə təqsirləndirilən Təhminə Abuşovanın məhkəmə istintaqı yekunlaşıb. Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz […]
Müştərək maliyyələşmə mexanizminin tətbiqi daha 1 il təxirə salınır
İcbari tibbi sığorta (İTS) çərçivəsində müştərək maliyyələşmə məbləği 2027-ci il yanvarın 1-dən ödəniləcək. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə olunan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği 2026-cı il yanvarın 1-dən ödənilməli idi. […]










