Dilənçiliklə məşğul olma əməli artıq avaralıq sayılmayacaq və yeni cərimələr tətbiq ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə 200 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin […]
Author: Jale Asiman
Media orqanlarının nəzərinə: Tələblər artırılır
Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər artırılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir: – şəxsin razılığı olmadan, onun görüntüsündən və ya […]
Bu foto və videoların internetdə paylaşılması qadağan edilir
İnternet informasiya ehtiyatı və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların əhatə dairəsi genişləndiriləcək. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya […]
Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 5 ilədək həbs ediləcək
Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yayma cinayət hesab ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosesual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və […]
Dövlət satınalmalarında şəffaflığın gücləndirilməsi təklif edilir
“Müzakirə etdiyimiz qanun layihəsi dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi baxımından vacib dəyişiklikdir. Son illər bu sahədə islahatların dərinləşməsi büdcə vəsaitlərindən istifadədə səmərəlilik və şəffaflığın güclənməsinə səbəb olub”. Edliyyeinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanda […]
Bu vəsaitdən təyinatı üzrə istifadə etməmək cinayət sayılacaq
Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı […]
Azərbaycanda bu müəllimlərin maaşının artırılması təklif olunur
“Əmək Məcəlləsinin 67-2 maddəsinə təklif edilən dəyişikliklərə əsasən, bütövlükdə incəsənət məktəblərində çalışan təhsilverilənlər də sertifikatlaşdırma imtahanlarına cəlb olunacaqlar. Həmin maddəyə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür və eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər”. Edliyyeinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında […]
Protokolun surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq
Qaydalarının pozulmasına görə inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunava “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihədə bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, nəqliyyat […]
Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya etdi
Milli Məclis MDB ilə bağlı Əsasnaməyə dəyişikliyi təsdiq edib. Edliyyeinfo.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
Bu şəxslərin ilkin hərbi xidmət müddəti 6 ay olacaq
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlanma müddətinin 3 ildən 6 ayadək azaldılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan “Hərbi vəzifə və […]










