Fevralın 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində məhkəmə ekspertizası sahəsində hazırlanmış 9 yeni elmi-metodiki materialın təqdimatı olub. Tədbirdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış ediblər. Onlar məhkəmə ekspertizası sahəsində müasir […]
Author: Jale Asiman
Hüquq yalnız qərarlardan ibarət deyil; anlaşma və dialoq ona ruh verir
Azərbaycanda mediasiya: Hüquqi mədəniyyətimizin yeni mərhələsi Azərbaycanda son illərdə həyata keçirilən hüquqi islahatlar təkcə qanunların yenilənməsi ilə məhdudlaşmır. Bu islahatlar həm də cəmiyyətin hüquqi düşüncə tərzinin dəyişməsinə xidmət edir. Bu baxımdan mediasiya institutunun tətbiqi xüsusi əhəmiyyət daşıyır. Uzun illər mübahisələrin əsas həll yolu məhkəmə olub. Lakin zaman göstərdi ki, hər mübahisə qalib və məğlub prinsipi […]
Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib
Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib. Qanun layihəsi uşaqların hüquqlarının daha effektiv qorunması, onların təhlükəsiz mühitdə böyüməsi və dövlətin bu sahədə məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Mövzu ilə bağlı hüquqşünas Zaur Quliyev Edliyyeinfo.az informasiya portalına videogörüntü vasitəsilə qısa açıqlama ünvanlayıb. Hüquqşünas bildirib ki, yeni […]
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib
Milli Məclis “Uşaq hüquqları haqqında” yeni hazırlanmış qanunun layihəsini ilk oxunuşda qəbul edib. Layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Yeni hazırlanan layihə barədə məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, hazırda qüvvədə olan mövcud qanun 5 fəsil və 45 maddədən ibarət idisə, yeni layihədə uşaq hüquqları 8 fəsil […]
Xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlbi məsələsi I oxunuşda qəbul edilib
Milli Məclis xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçirilməsini ilk oxunuşda qəbul edib Bununla bağlı “Kinematoqrafiya haqqında” qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək. Sənəddə təklif edilib ki, xarici və […]
Asbestin dövriyyəsi qadağan edildi
Asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun qəbul ediləcəyi halda 1 iyul 2027-ci ildən qüvvəyə minəcək. Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Ödənişli yollarda sürət həddi müəyyənləşir
Ödənişli avtomagistrallarda sürət həddi müəyyənləşəcək. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 […]
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Mühafizə olunan duracaqda saxlanılan nəqliyyat vasitəsinin sahibi müəyyən məbləğdə haqqı ödədikdən dərhal sonra nəqliyyat vasitəsi ona qaytarılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti […]
ABŞ Ticarət Palatası İlham Əliyevi biznes icması ilə görüş üçün Vaşinqtona dəvət edib
ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi ölkəsinin biznes icmasını təmsil edən daha böyük nümayəndə heyəti ilə görüşmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona dəvət edib. Edliyyeinfo.az xəbər verir ki, o, bu barədə Azərbaycan Prezidentinin qəbulunda deyib. “Azərbaycana çox böyük maraq var. Hesab edirəm ki, hər şey iki […]










