Ədliyyə TV YouTube kanalımızda mediator Nərgiz Əliyeva ilə bu dəfə vətəndaşları ən çox maraqlandıran suallardan birinə aydınlıq gətirdik. Mediasiya prosesinə necə başlamaq olar, hara müraciət edilməlidir və bu xidmətin maddi tərəfi necə tənzimlənir – bütün bu məqamlar verilişdə ətraflı izah olunur. Əgər siz də mübahisələrinizi daha sürətli, daha az xərc və stresslə həll etmək istəyirsinizsə, […]
Ana Səhfə
Ədliyyə nazirinin müavini videoqəbul keçirib
Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. Aprelin 17-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov tərəfindən Gəncə, Bərdə, Lənkəran, Şirvan, […]
“Qadınların güclənməsi psixoloji dəstəkdən başlayır” – Psixoloq Bilqeyis Səfərqızı ilə müsahibə
Müasir dövrdə psixoloji sağlamlıq və hüquqi maarifləndirmə xüsusilə qadınlar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin sosial təzyiqləri, ailədaxili problemlər və stereotiplər bir çox qadının həm psixoloji, həm də hüquqi baxımdan çətinliklər yaşamasına səbəb olur. Bu mövzulara daha dərindən nəzər salmaq üçün psixoloq Bilqeyis Səfərqızı ilə həmsöhbət olduq. O, həm şəxsi peşə yolundan, həm […]
Bir sıra məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı dəyişikliklər təsdiqlənib
2026-cı il fevralın 27-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Edliyyeinfo.az xəbər verir ki, iclasda məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Həmçinin Azərbaycan Hakimlərinin II Forumu və Forum çərçivəsində keçirilmiş panel müzakirələrin, “Rəqəmsallaşma və süni intellektin tətbiqi” panelindəki mövzuların əhəmiyyəti və bu sahədə qarşıda duran hədəflər […]
İlham Əliyevin Efiopiyanın baş naziri ilə geniş tərkibdə görüşü oldu - Sənədlər imzalandı
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü olub. Edliyyeinfo.az xəbər verir ki, sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos “Azərbaycan Respublikası ilə […]
Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib
Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib. Qanun layihəsi uşaqların hüquqlarının daha effektiv qorunması, onların təhlükəsiz mühitdə böyüməsi və dövlətin bu sahədə məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Mövzu ilə bağlı hüquqşünas Zaur Quliyev Edliyyeinfo.az informasiya portalına videogörüntü vasitəsilə qısa açıqlama ünvanlayıb. Hüquqşünas bildirib ki, yeni […]
“Hüququn səsi” Dünya televiziyasında yeni layihə
Tanınmış hüquqşünas və mediator Zaur Quliyev televiziya məkanında yeni hüquqi layihə ilə çıxış edir. Onun müəllifi və aparıcısı olduğu “Hüququn səsi” proqramı yaxın vaxtlarda Dünya televiziyasının efirində tamaşaçılara təqdim olunacaq. Yeni layihə cəmiyyət üçün aktual olan hüquqi mövzuların sadə, aydın və anlaşılan dildə izahını hədəfləyir. Proqram çərçivəsindəpeşəkarların iştirakı ilə ailə, əmək, inzibati, cinayət, mülki-hüquqi münasibətlər, […]
Prezidentdən 2 milyon manatlıq SƏRƏNCAM
Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolunun təmiri ilə bağlı Sərəncam imzalayıb. Edliyyeinfo.az xəbər verir ki, Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının […]
18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü
Edliyyeinfo.az: 1991-ci ilin 18 oktyabrı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Həmin gün Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi və bununla da xalqın uzun illər həsrətində olduğu azadlıq arzusu rəsmi sənədə çevrildi. Bu qərar ölkənin müstəqil dövlət kimi yoluna davam etməsi üçün hüquqi və siyasi əsas yaratdı. Azərbaycan xalqı […]
Nazir Fərid Əhmədov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb
Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan İraq Respublikası Federal Ali Məhkəməsinin sədri Munther İbrahim Hüsseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və İraqın müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirdiyi, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub. Fərid Əhmədov hər iki xalqı oxşar tarix, ortaq din və […]









