Info Sənədlər

Baş nazir bu dövlət qurumunun ətrafında aksiya keçirməyi qadağan etdi

Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısında dəyişiklik edilib. Edliyyeinfo.az  xəbər verir ki, bu barəd Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin inzibati binası bu siyahıya daxil edilib.

Info Prezident

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi təxirə salındı

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılıb. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiq edib. Sənədə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il […]

Info Prezident

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

Prezident İlham Əliyev Milli Məclisin fevralın 20-də qəbul etdiyi “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Edliyyeinfo.az  xəbər verir ki, yenilik dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq və operativliyin artırılması məqsədilə büdcə, mühasibat uçotu və dövlət satınalmaları üzrə proseslərin rəqəmsallaşdırılmasını nəzərdə tutur. Xatırladaq ki, dövlət başçısının “Dövlət […]

Info Prezident

Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün 1,6 milyon manat vəsait ayrılıb. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla bu vəsait Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılıb.

Info

Kişilər niyə mediasiyadan uzaq durur? – “Hüququn səsi”ndə açıq və cəsarətli müzakirə!

Bu gün  “Hüququn səsi” verilişinin növbəti buraxılışı tamaşaçılara təqdim olundu. Zaur Quliyevin təqdimatında Dünya televiziyasının efirində yayımlanan proqramda Bakı 11 və 24 saylı Mediasiya təşkilatlarının mediatoru Nərgiz Əliyeva və Şəmkir 1 saylı Mediasiya təşkilatının mediatoru Anar Hacıyev ilə birlikdə “Kişilər nəyə görə mediasiya prosesində iştirak etməkdə maraqlı deyillər?!” mövzusu geniş və maraqlı müzakirə olunub. Verilişdə […]

Ana Səhfə

Bir sıra məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı dəyişikliklər təsdiqlənib

2026-cı il fevralın 27-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Edliyyeinfo.az  xəbər verir ki, iclasda məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Həmçinin Azərbaycan Hakimlərinin II Forumu və Forum çərçivəsində keçirilmiş panel müzakirələrin, “Rəqəmsallaşma və süni intellektin tətbiqi” panelindəki mövzuların əhəmiyyəti və bu sahədə qarşıda duran hədəflər […]

Info Prezident

Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq ediləcək

Prezident İlham Əliyev Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. “Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, […]

Info Prezident

FHN-nin vəzifələri sırasına minatəmizləmə fəaliyyətində iştirak daxil edilib

Fövqəladə Hallar Nazirliyinin vəzifələri sırasına aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək daxil edilib. Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları haqqında Əsasnamə”yə də müvafiq dəyişiklik edilib.

Info Prezident

Prezidentdən "İçərişəhər" Qoruq İdarəsi ilə bağlı FƏRMAN

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”nə yeni məzmunda yarımbənd əlavə edilib. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb. Belə ki, yeni 3.1.16-3-cü yarımbəndə əsasən, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun […]