Azərbaycan Respublikasında müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışların verilməsi qaydası yenilənib. Edliyyeinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin qərarını imzalayıb. Qərara əsasən, 2010-cu il 21 yanvar tarixli 12 nömrəli əvvəlki qərar ləğv olunur. Yeni qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hazırlanıb […]
Author: Jale Asiman
Onlar bu rüsumlardan azad edildi
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilib. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Dəyişikliyə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə […]
Prezident xarici və yerli investorlara çağırış etdi
“Bu gün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Çünki yenə də deyirəm, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir”. Edliyyeinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının […]
Prezident “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışında
Bu dəqiqələrdə Bakıda, Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir. Edliyyeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.
Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib
Ədliyyə Nazirliyinin müvafiq idarəsi Azərbaycanın Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeni idarə heyətini dövlət qeydiyyatına alıb. AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, bununla bağlı rəsmi çıxarış bu gün Cəmiyyətə təqdim edilib. Qeydiyyatın tamamlanması ilə AQC-nin idarəetmə strukturu qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşib. Bu qərar Cəmiyyətin fəaliyyətinin daha sistemli qurulmasına, idarəetmədə şəffaflığın və davamlılığın təmin olunmasına imkan […]
İlham Əliyevdən Cahangir Novruzovla bağlı – Sərəncam
Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Xalq artisti Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xalq artisti bu təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməs
Dini qurumlara pul ayrılacaq
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon (üç milyon beş yüz min) manat, Rus Pravoslav Kilsəsinin Bakı və […]
Prezident onları təltif etdi – ADLAR
Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər. “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Novruzov Cahangir Mütəllib oğlu “Şöhrət” ordeni ilə Aşina Məsud Rüstəm oğlu “Dostluq” ordeni ilə […]
Valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov”da baxa biləcəklər
“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yenilik təqdim edir. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib. Qeyd edilib ki, artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa “mygov” üzərindən rəqəmsal formada əldə edə bilərlər. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İcbari Tibbi […]
İordaniya ilə bu İcraedici Əməkdaşlıq Proqramı təsdiqləndi
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025–2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı”nın təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, 2025-ci il noyabrın 27-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti […]









