Info Parlament

Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. Edliyyeinfo.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

Info Parlament

Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Hamiləliyə və doğuşa görə əlavə məzuniyyət müəyyənləşdiriləcək. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılacaq və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq.

Info Parlament

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Bir sıra hallarda təhsilalan və əcnəbilərlə əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, aşağıdakı hallarda da əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək: təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda; əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının […]

Info Parlament

Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək. Edliyyeinfo.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, məsafədən (distant) iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya […]

Info Parlament

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq. Edliyyeinfo.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və mümkün […]

Info Parlament

Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi

Azərbaycan Respublikası Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını (kvotasını), habelə balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü təsdiq edib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Nildirilib ki, balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura […]

Info Parlament

Deputatların tətili bitdi, komitə iclasları başlayır

Bu gün Azərbaycan Milli Məclisinin deputatlarının tətili başa çatır. Edliyyeinfo.az  xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanının üzvlərinin tətili yanvarın 1-dən 15-dək davam edir. Sabahdan komitə iclaslarının keçirilməsinə başlanılacaq. Yanvarın 16-da Ailə, qadın və uşaq komitəsinin və Regional məsələlər komitəsinin iclası keçiriləcək. Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə […]

Info Parlament

Azərbaycanda benzin və dizelin qiyməti artırıldı

Azərbaycanda benzinin qiyməti 5 qəpik artırılıb. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.   Məlumata görə, Aİ-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib. Son illərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olub. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının […]

Info Parlament

Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi

Azərbaycanda elektrik enerjisi və təbii qaz tarifləri sabitləşib. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib. Məlumata görə, elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib. “Elektroenergetika haqqında” və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni “Qaz təchizatı haqqında” qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar […]

Info Parlament

İxtisarlar olanda onların işdə qalmasına üstünlük veriləcək - SİYAHI

İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısında dəyişiklik ediləcək. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan […]