Azərbaycanda uşaqların rifahını kökündən dəyişdirəcək yeni hüquqi mexanizm hazırlanır və hər bir uşağın dövlət tərəfindən müəyyən edilmiş minimum dolanışıq həddində maddi dəstək almaq hüququ rəsmiləşdirilir. Edliyyeinfo.az xəbər verir ki, bu mühüm yenilik Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün baş tutan iclasında geniş təhlil edilən “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin əsas maddələrindən birini təşkil edir. […]
Parlament
Uşaqların sosial şəbəkələrə girişinə qadağa qoyulması təklif olunur
“Uşaqların tərbiyəsinə güclü təsir edən hazırda sistem sosial şəbəkələrdir. Bu, eyni zamanda uşaqların təhsilinə də təsir edir. Bununla bağlı bir sıra qadağalar və məhdudiyətlər olmalıdır”. Edliyyeinfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini […]
Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi
Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı qaydalarda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Qərara əsasən, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat qərar verildiyi andan dərhal sonra Tikintilərin Dövlət Reyestrinə təqdim ediləcək. Daha əvvəl 3 iş günü müddətində Reyestrə təqdim edilirdi. […]
Uşaq hüquqları ilə bağlı yeni qanun layihəsi parlamentə daxil oldu
Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb. Edliyyeinfo.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə hazırlanan qanun layihəsi müzakirə üçün Milli Məclisə təqdim edilib. Layihənin sabah parlamentin müvafiq komitələrində ilk müzakirəsinin keçirilməsi gözlənilir. Məlumata görə, sabah Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində layihə müzakirəyə çıxarılacaq.
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq və operativliyin artırılması məqsədilə büdcə, mühasibat uçotu və dövlət satınalmaları üzrə proseslərin rəqəmsallaşdırılması nəzərdə tutulur. Edliyyeinfo.az xəbər verir ki, bu, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün […]
Tender müqavilələrinin imzalanması ilə bağlı YENİLİK
Satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələri “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılacaq. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, bu qanun satınalan təşkilatın cari ilin satınalma […]
Bu qanuna dəyişiklik olunur
“Büdcə sistemi haqqında” Qanuna dəyişiklik olunur. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, […]
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılır. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihədə bildirilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Təklif […]
Qazlaşdırma ilə bağlı yeni dövlət proqramı hazırlanır
Azərbaycanda 2026-2030-cu illəri əhatə edən qazlaşdırma ilə bağlı dövlət proqramı hazırlanır. Edliyyeinfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Asif Əsgərov deyib. Onun sözlərinə görə, ən əsas məsələlərdən biri, xüsusilə də Zaqatala bölgəsində qazlaşdırma ilə bağlı olan problemin hər dəfə komitə iclaslarında qaldırılmasıdır: “Bu müəyyən qədər bizim bu […]
Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödəniləcəyi hallar müəyyənləşir. Edliyyeinfo.az xəbər verir ki,bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan “Təhsil haqqında” qanuna görə, sosial müdafiəyə xüsusi ehtiyacı […]










