Ədliyyə Info

Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib

Ədliyyə Nazirliyinin müvafiq idarəsi Azərbaycanın Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeni idarə heyətini dövlət qeydiyyatına alıb. AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, bununla bağlı rəsmi çıxarış bu gün Cəmiyyətə təqdim edilib. Qeydiyyatın tamamlanması ilə AQC-nin idarəetmə strukturu qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşib. Bu qərar Cəmiyyətin fəaliyyətinin daha sistemli qurulmasına, idarəetmədə şəffaflığın və davamlılığın təmin olunmasına imkan […]

Ədliyyə Info

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub. Edliyyeinfo.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb. Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib. Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi. Məlumatına görə isə, […]

Ədliyyə Info

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO

Bakıda məhkuma məxsus gizlədilmiş abtomat silahı aşkarlanıb. Edliyyeinfo.az  xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş “AKS-74” tipli “Kalaşnikov” markalı […]

Ədliyyə Info

Ədliyyə naziri medalla təltif olunmuş və hakim təyin edilmiş əməkdaşlarla görüşdü - FOTO

Ədliyyə Nazirliyində keçirilən tədbir çərçivəsində nazir Fərid Əhmədov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında” 22 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən medalla təltif olunmuş əməkdaşları qəbul edib. Edliyyeinfo.az  xəbər verir ki, tədbirdə ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Nazirliyin bir qrup […]

Ədliyyə Info

Ədliyyə naziri bu tarixdə vətəndaşları qəbul edəcək - FOTO

Ədliyyə naziri Fərid Əhmədov 09 yanvar 2026-cı il tarixində Salyan şəhərində Şirvan, Salyan, Hacıqabul, Sabirabad, Neftçala ve Biləsuvar rayon sakinlərini qəbul edəcək.  Edliyyeinfo.az  xəbər verir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 08 yanvar tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Şirvan regional ədliyyə idarəsinə (ünvan: F.İsmayılov küçəsi 17, əlaqə telefonu: +994 021 […]

Ədliyyə Info

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi İSO 17025 standartına görə beynəlxalq akkreditasiyasını davam etdirir

Edliyyeinfo.az:  Türk Akkreditasiya Qurumunun (TÜRKAK) İdarə Heyətinin 22 dekabr 2025-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin akkreditasiyası yenilənib. Qərar Mərkəzdə aparılan tədqiqatlarda istifadə edilən metodların standartlaşdırılması və ISO/IEC 17025  “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üzrə ümumi şərtlər” standartına görə akkreditasiyası prosesinin davamı olaraq audit heyətinin yekun rəyinə əsasən verilib. 2012-ci ildən etibarən […]

Ədliyyə Info

Ədliyyə orqanlarına qulluğa qəbul olan namizədlərin icbari təlimi başlayıb

Edliyyeinfo.az xəbər verir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test və söhbət mərhələlərində uğur qazanmış namizədlər üçün Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlim proqramı başlayıb. Təlimin açılış mərasimində ədliyyə nazirinin müavini Abiddin Hüseynov, nazirin müşaviri Seyfəlpaşa Əliyev, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov və Nazirliyin İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev iştirak edib. […]

Ədliyyə Info

Ədliyyə Nazirliyinin Tibb baş idarəsi Nazirliyin penitensiar müəssisələrinin əməkdaşları üçün təlimlər keçirib

Edliyyeinfo.az:  Dekabr ayı ərzində Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin təşkilatçılığı ilə Nazirliyin Penitensiar xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin (İMM) Vərəm üzrə təlim mərkəzində silsilə təlimlər keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrinin tibb xidmətində çalışan həkimlər üçün təşkil edilmiş seminar “Təxirəsalınmaz tibbi yardım və təxirəsalınmaz psixiatrik yardım” mövzusunu əhatə edib. Seminarın əsas məqsədi penitensiar müəssisələrdə fəaliyyət göstərən həkimlərin […]

Ədliyyə Info

Hakim olmaq istəyənlərin nəzərinə!

Hakimlərin Seçki Komitəsi tərəfindən hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam etdirilir. Bu barədə Hakimlərin Seçki Komitəsindən məlumat verilib. Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanının 2026-cı il iyun ayının 28-də keçirilməsi […]

Ədliyyə Info

Region sakinləri üçün videoqəbul təşkil olunub

Dekabrın 23-də Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Mübariz Əhmədov tərəfindən  Göyçay, Bərdə və  Şirvan regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib. Videoqəbulda Bələdiyyələrlə iş baş idarəsi, İstintaq idarəsi və İcra xidmətinin fəaliyyət istiqamətləri ilə […]