Ədliyyə naziri Fərid Əhmədov aprelin 3-də Xaçmaz şəhərində Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayon sakinlərini qəbul edəcək. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 2 aprel tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu […]
Ədliyyə
Azərbaycanda vəkillərin sayı açıqlandı
Azərbaycanda hazırda 2 867 vəkil fəaliyyət göstərir. Edliyyeinfo.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib. Anar Bağırov qeyd edib ki, bu gün and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb: “Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan […]
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Barəsində ağır ittihamlar səsləndirilən vəkil Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarılıb. Edliyyeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kollegiyanın İntizam Komissiyası belə qərar qəbul edib. Qərara əsasən, R.Ramazanov artıq Kollegiyanın üzvü deyil. Qeyd edək ki, iki ay əvvəl ixtisasca həkim olan L.Abdullayeva R.Ramazanova qarşı ağır ittihamlar ürəli sürüb. Hazırda onlar arasında məhkəmə çəkişməsi gedir.
Fərid Əhmədov Qobustanda vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 6 mart tarixində Qobustan rayonunda vətəndaşları qəbul edib. Edliyyeinfo.az xəbər verir ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Sumqayıt şəhər, Qobustan, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarından ümumilikdə 40 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti […]
Bir vəkil xaric olundu - 3-ü cərimələndi
Azərbaycanda yol verilmiş intizam pozuntularına görə bir vəkil xaric edilib, üç vəkil barəsində cərimə tədbiri tətbiq olunub. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul olunub. Qeyd olunub ki, daha 1 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında andiçmə mərasimi keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra […]
Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi
Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin kassasiya şikayəti təmin olunmayıb. Edliyyeinfo.az-ın “Unikal”a istinad məlumatına görə, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib. Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Fərid Hüseynliyə təyin etdiyi ömürlük azadlıqdan məhrum […]
Ədliyyə Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və əməkdaşları faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. Nazirliyin kollektivi faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək, soyqırımı abidəsinin önünə güllər düzüb.
Ədliyyə Nazirliyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
Ədliyyə Nazirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan nazir müavini Abiddin Hüseynov Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, 1992-ci il fevralın 26-da […]
Azərbaycanda 322 şəxsə qeyri-adi qadağa qoyulub
2025-ci ildə 322 şəxsə zorakılıqlardan qorunmaq üçün mühafizə orderi verilib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Rəsmi məlumata görə, 2025-ci ildə yerli icra və probasiya qurumlarının icraatına məişət zorakılığı ilə bağlı 280-i qısamüddətli, 42-si uzunmüddətli mühafizə orderi olmaqla, cəmi 322 icra sənədi daxil olub. Qeyd edək ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsə qarşı […]










