“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün […]
Prezident
Prezidentdən 2 milyon manatlıq SƏRƏNCAM
Zərdab rayonunun Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 2 milyon manatı ayrılıb. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla Sərəncam imzalayıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Sərəncamda göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı […]
Bu binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM
Azərbaycanda 7 şəhər üzrə doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkənin yeddi şəhəri üzrə quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə artırılıb. Həmin artım sırf Bakıdakı doqquzmərtəbəli binalara […]
İlham Əliyev Timor-Leste Prezidentini təbrik edib
Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortaya təbrik məktubu ünvanlayıb. Edliyyeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Timor-Leste Demokratik Respublikasının müstəqilliyinin elan edilməsinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram. Azərbaycan ilə Timor-Leste arasında münasibətlərin yeni vüsət alması bizi sevindirir. Biz sağlam […]
İlham Əliyev Bakıda zavod açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib. Edliyyeinfo.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat verdilər. Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan “Matanat-A” şirkəti barədə məlumat verildi. İnşaat […]
Ələt azad iqtisadi zonasının ərazisi genişləndiriləcək - FƏRMAN
Ələt Azad İqtisadi Zonası üçün 1453 hektar torpaq sahəsi alınacaq. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyətində olan 1453,09 hektar torpaq sahəsinin Ələt azad iqtisadi zonasına ayrılmasını nəzərdə tutan yerquruluşu planından ibarətdir. […]
MİRAS yaradılıb - FƏRMAN
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (MİRAS) yaradılıb. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnamə” təsdiq edilib. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan […]
Təhsil, tibb, mədəniyyət və idman sahəsində əmlak vergisi yeni qaydada hesablanacaq
Gələn il yanvarın 1-dən vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyərinin 75 faizi həddində azaldılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə […]
Prezident onları təltif etdi - SİYAHI
Bir qrup ədliyyə orqanları işçiləri təltif edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilib: “Tərəqqi” medalı ilə Əbilov Adil Fazil oğlu; Muradova Aytən Cahangir qızı; Nəsibov Elçin Rafiq oğlu. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Abdullayeva Gültən Ramiz qızı; Abdulov […]
Bu binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM
Azərbaycanda 7 şəhər üzrə doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkənin yeddi şəhəri üzrə quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə artırılıb. Həmin artım sırf Bakıdakı doqquzmərtəbəli […]










