Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunda əksini tapıb. Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılıb.
Prezident
Prezident DSMF-nin 2026-cı il büdcəsini təsdiqləyib
Prezident İlham Əliyev “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanunu təsdiqləyib. Edliyyeinfo.az xəbər verir ki, qanuna əsasən, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (bu illə müqayisədə 10,5 % çox) olması proqnozlaşdırılır. Xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin […]
Prezident AMİP sədrinin oğluna vəzifə verdi – FOTO
Edliyyeinfo.az: Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə hakim təyin edilib. Onlardan biri Orxan Əlizadədir. Sərəncama əsasən, o, Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub. Orxan Əlizadə Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğludur. O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində katib işləyib. Qeyd edək ki, Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, ötən il […]
2026–2030-cu illər üçün Dövlət Proqramı TƏSDİQLƏNDİ
Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməli, Dövlət Statistika Komitəsi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir. Maliyyə Nazirliyi Dövlət Proqramında […]
Bir qrup idmançı və idman mütəxəssisləri təltif edildi
Azərbaycan Respublikası bir qrup idmançıları və idman mütəxəssisləri təltif edilib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev Sərəncam imzalayıb. 1. Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər: Abdullayev Yaqub Bəkir oğlu Ağarəhimov Cahangir Ağababa oğlu Aslanova Elmira Aydın qızı Bayramov Cahangir Tofiq oğlu Əliyev Coşqun Ceyhun oğlu Hüseynov Fikrət Akif […]
İlham Əliyevin İrana səfəri planlaşdırılır
Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfəri ilə bağlı müvafiq hazırlıq işləri aparılır. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Teleqraf-a müsahibəsində İranın Azərbaycandakı səfir Müctəba Dəmirçilu bildirib. Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin dinamik inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir: “Cənab Prezident Məsud Pezeşkianın Bakıya və Xankəndiyə səfərlərindən sonra Azərbaycan Prezidentinin Tehrana səfəri üzrə […]
Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Edliyyeinfo.az xəbər verir ki, dövlət başçısının 64 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni […]
İlham Əliyev Ağdama getdi
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib. Edliyyeinfo.az xəbər verir ki, “Construction” MMC-nin təsisçisi Nurlan Abbasov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirilib ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal […]
Prezidentin son sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək, onlara birdəfəlik maddi yardım ödəniləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial […]










