Info Prezident

Avropa Parlamenti və Avropa Şurası ilə istənilən əməkdaşlığı dayandırmışıq - İlham Əliyev

Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir. Edliyyeinfo.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, əvvəllər reaksiya verilirdi: “Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa […]

Info Prezident

Bu hallarda işçilərə intizam tənbehi vermək mümkün olmayacaq

İşçilərə intizam tənbehinin verilməsi qaydalarında dəyişiklik edilib. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Daha əvvəl işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmirdi. […]

Info Prezident Sənədlər

Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi

Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması qaydalarında dəyişiklik edilib. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl hamilə, 14 yaşına çatmamış uşağı, yaxud əlilliyi olan uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə […]

Info Prezident

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib. Edliyyeinfo.az  xəbər verir ki, dəyişikliklərin birinci istiqaməti mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan, habelə, əmək münasibətlərində çevik və sosial yönümlü hüquqi tənzimləmələrin tətbiqini, həmçinin müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə gətirilməsini hədəfləyir. İkinci istiqamətdəki dəyişikliklər isə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarına və beynəlxalq […]

Info Prezident Sənədlər

Prezident Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını təsdiq etdi

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 23-də qəbul etdiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Edliyyeinfo.az xəbər verir ki, dəyişiklik Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını nəzərdə tutur. Qanuna əlavə ediləcək yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından […]

Info Prezident Sənədlər

Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır

Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkı yaradılır. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılması məqsədilə Gəncə şəhərinin və Şəmkir […]

Info Prezident

Azərbaycan bu resursunu da ixrac edəcək — Ciddi danışıqlar gedir

“Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı mövcud idi”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışı zamanı bildirib. “Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün […]