Info Prezident

Prezidentdən "İçərişəhər" Qoruq İdarəsi ilə bağlı FƏRMAN

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”nə yeni məzmunda yarımbənd əlavə edilib. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb. Belə ki, yeni 3.1.16-3-cü yarımbəndə əsasən, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun […]

Info Prezident

Dövlət qurumlarına süni intellektlə bağlı müavin təyin olunacaq

Cari ilin iyununa qədər hər bir dövlət orqanı (qurumu) rəhbərinin müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, süni intellekt (Sİ) və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxs müəyyənləşdiriləcək. Edliyyeinfo.az   xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb. Sərəncama əsasən, 2026-cı ilin iyununa qədər […]

Info Prezident

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqləndi

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. Edliyyeinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək. Rəqəmsal İnkişaf Şurası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin. 4. […]

Info Prezident

İlham Əliyev və birinci xanım Efiopiyanın Baş nazirini qarşıladı

Fevralın 27-da Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub. Edliyyeinfo.az  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşıladılar. […]

Info Prezident

İlham Əliyev Küveyt Əmirini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin hazırkı […]

Info Prezident

Yeni dövlət qurumu yaradıldı – FƏRMAN

Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələləri tənzimlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik […]

Info Prezident

Naxçıvanda 40 subartezian quyusu qazılacaq – Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Edliyyeinfo.az  xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta […]