“Su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir”. Edliyyeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışı zamanı bildirib. “Mən artıq bu barədə məlumat verdim. Bir daha demək istəyirəm ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq […]
Prezident
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək
2027-2029-cu illərdə Sumqayıt şəhərində yeni tullantı sutəmizləyici qurğunun tikintisi planlaşdırılır. Edliyyeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Sənədə əsasən, proqram çərçivəsində ilkin olaraq layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə […]
Su ilə bağlı Dövlət Proqramı təsdiqləndi
“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” (bundan sonra […]
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. Bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Beləliklə, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi […]
Prezident müşavirə keçirdi - Bu məsələlər müzakirə olundu
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Edliyyeinfo.az xəbər verir ki, müşavirədə dövlət başçısı çıxış edib. Sonra Baş nazirin müavini Şahin Mustafayev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri […]
Prezidentdən Anar İsgəndərovla bağlı SƏRƏNCAM
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Anar Camal oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, deputat A.İsgəndərov Milli Məclisin Elm və təhsil komitəsinin sədridir. Sabah onun 70 yaşı tamam olur.
Onlar bu rüsumlardan azad edildi
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilib. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Dəyişikliyə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə […]
Prezident xarici və yerli investorlara çağırış etdi
“Bu gün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Çünki yenə də deyirəm, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir”. Edliyyeinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının […]
Prezident “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışında
Bu dəqiqələrdə Bakıda, Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir. Edliyyeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.
İlham Əliyevdən Cahangir Novruzovla bağlı – Sərəncam
Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Xalq artisti Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xalq artisti bu təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməs









