Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir. Edliyyeinfo.az xəbər verir ki, forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə müraciəti səsləndirilib. Müraciət gənclər və idman naziri Fərid Qayıbov tərəfindən Gülüstan Sarayında gənclərə çatdırılıb.
Prezident
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
2026-cı il Gənclər üçün Prezident mükafatı verilib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib: Ağadadaşov Sərxan Əbülfət oğlu Ağayev Şahmar Zöhrab oğlu […]
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Edliyyeinfo.az xəbər verir ki, sərəncamda deyilir: – 2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur. Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən […]
Prezident Azərbaycan və Gürcüstan DİN-ləri arasındakı sazişi – Təsdiqlədi
2025-ci il noyabrın 21-də Tbilisi şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin […]
Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi
Prezident İlham Əliyev Cinayət və İnzibati Xətalar məcəllələrinə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlara edilən dəyişikliyi təsdiqləyib. Edliyyeinfo.az xəbər verir ki, dəyişikliyə əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda (“xeyli miqdar” dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür) ziyan vurmaqla törədildikdə […]
Prezident onları nazir müavini təyin etdi
Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib. Edliyyeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb. Xatırladaq ki, Prezident İlham Əliyev dünən “Kənd Təsərrüfatı Nazirliyi […]
Prezident polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub. Edliyyeinfo.az xəbər verir ki, “Nun” MMC-nin təsisçisi Kamran Rzayev yaradılacaq müəssisə barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, ötən il Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən bu MMC tərəfindən reallaşdırılacaq layihəyə uyğun olaraq 1 hektar ərazidə […]
İlham Əliyev Sumqayıtda açılışda iştirak etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib. Edliyyeinfo.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına əvvəlcə ölkəmizdə yaradılan sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək […]
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
Azərbaycanda şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə görə cərimələr tətbiq ediləvək. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib. Yenilənmiş Məcəlləyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə […]










