Edliyyeinfo.az: Hüquqi dövlətin əsas dayaqlarından biri qanunun aliliyidir. Qanun yalnız normativ sənəd deyil, cəmiyyətdə sabitliyin, ədalətin və təhlükəsizliyin təminat mexanizmidir. Bu baxımdan qanunlara münasibət cəmiyyətin hüquqi mədəniyyət səviyyəsini müəyyən edən əsas göstəricilərdən hesab olunur. Bəzən qanun anlayışı cəmiyyətdə cəza və məhdudiyyətlə assosiasiya edilir. Halbuki qanunların məqsədi qorxutmaq deyil, qorumaqdır. Qanun ictimai münasibətləri tənzimləyir, vətəndaşların hüquq […]
Month: Mart 2026
Mediasiya: Mübahisəni böyütmək yox, həll etmək mədəniyyəti
Müasir hüquq sistemi artıq yalnız məhkəmə qərarları üzərində qurulmur. Dünyada olduğu kimi Azərbaycanda da mübahisələrin alternativ həlli mexanizmləri geniş tətbiq olunur. Bu mexanizmlərdən ən effektivlərindən biri mediasiyadır. Mediasiya tərəflər arasında yaranmış mübahisələrin neytral və peşəkar mediatorun iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilməsidir. Bu prosesdə məqsəd tərəflərdən birinin qalib, digərinin məğlub olması deyil, hər […]
Prezidentdən Dövlət Vergi Xidmətinin rəisi ilə bağlı SƏRƏNCAM
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Vergi Xidmətinin rəisi Orxan Faiq oğlu Nəzərliyə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi verilib. Qeyd edək ki, O.Nəzərli 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Prezident Fərman imzaladı
Qeydiyyata alınmamış qrantlara görə inzibati cərimə tətbiq edəcək orqanlar müəyyənləşib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının resipiyentləri, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qrant haqqında” qanun ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə […]
Məhkəmə ekspertizası sahəsində yeni elmi-metodiki materialların təqdimatı keçirilib
Fevralın 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində məhkəmə ekspertizası sahəsində hazırlanmış 9 yeni elmi-metodiki materialın təqdimatı olub. Tədbirdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış ediblər. Onlar məhkəmə ekspertizası sahəsində müasir […]
Hüquq yalnız qərarlardan ibarət deyil; anlaşma və dialoq ona ruh verir
Azərbaycanda mediasiya: Hüquqi mədəniyyətimizin yeni mərhələsi Azərbaycanda son illərdə həyata keçirilən hüquqi islahatlar təkcə qanunların yenilənməsi ilə məhdudlaşmır. Bu islahatlar həm də cəmiyyətin hüquqi düşüncə tərzinin dəyişməsinə xidmət edir. Bu baxımdan mediasiya institutunun tətbiqi xüsusi əhəmiyyət daşıyır. Uzun illər mübahisələrin əsas həll yolu məhkəmə olub. Lakin zaman göstərdi ki, hər mübahisə qalib və məğlub prinsipi […]
Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib
Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib. Qanun layihəsi uşaqların hüquqlarının daha effektiv qorunması, onların təhlükəsiz mühitdə böyüməsi və dövlətin bu sahədə məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Mövzu ilə bağlı hüquqşünas Zaur Quliyev Edliyyeinfo.az informasiya portalına videogörüntü vasitəsilə qısa açıqlama ünvanlayıb. Hüquqşünas bildirib ki, yeni […]
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib
Milli Məclis “Uşaq hüquqları haqqında” yeni hazırlanmış qanunun layihəsini ilk oxunuşda qəbul edib. Layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Yeni hazırlanan layihə barədə məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, hazırda qüvvədə olan mövcud qanun 5 fəsil və 45 maddədən ibarət idisə, yeni layihədə uşaq hüquqları 8 fəsil […]
Xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlbi məsələsi I oxunuşda qəbul edilib
Milli Məclis xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçirilməsini ilk oxunuşda qəbul edib Bununla bağlı “Kinematoqrafiya haqqında” qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək. Sənəddə təklif edilib ki, xarici və […]
Asbestin dövriyyəsi qadağan edildi
Asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun qəbul ediləcəyi halda 1 iyul 2027-ci ildən qüvvəyə minəcək. Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.










