Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Month: Mart 2026
Ödənişli yollarda sürət həddi müəyyənləşir
Ödənişli avtomagistrallarda sürət həddi müəyyənləşəcək. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 […]
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Mühafizə olunan duracaqda saxlanılan nəqliyyat vasitəsinin sahibi müəyyən məbləğdə haqqı ödədikdən dərhal sonra nəqliyyat vasitəsi ona qaytarılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti […]
ABŞ Ticarət Palatası İlham Əliyevi biznes icması ilə görüş üçün Vaşinqtona dəvət edib
ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi ölkəsinin biznes icmasını təmsil edən daha böyük nümayəndə heyəti ilə görüşmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona dəvət edib. Edliyyeinfo.az xəbər verir ki, o, bu barədə Azərbaycan Prezidentinin qəbulunda deyib. “Azərbaycana çox böyük maraq var. Hesab edirəm ki, hər şey iki […]
Malıbəyli və Quşçular qətliamının tarixi təfsilatı
Malıbəyli və Quşçular kəndlərində baş verən hadisələr Qarabağ münaqişəsinin 1992-ci ilin əvvəllərində kəskinləşdiyi dövrdə regionda formalaşmış hərbi-siyasi vəziyyətin nəticəsi kimi qiymətləndirilir. Tarixi mənbələrə əsasən, fevral ayının ilk ongünlüyündə Xocalı ətrafında yerləşən bu kəndlər strateji mövqelərinə görə mühasirəyə alınıb və ardıcıl silahlı hücumlara məruz qalıb. Hücumdan əvvəl əhalinin yaşayış imkanları məhdudlaşdırılıb, yollar bağlanıb və kəndlər faktiki […]
Ədliyyə naziri Göyçayda regional vətəndaş qəbulu keçirib
Ədliyyə naziri Fərid Əhmədov 6 fevral tarixində Göyçay şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Göyçay, Ağdaş, Ağsu, Zərdab, İsmayıllı, Kürdəmir, Ucar və Şamaxı rayonlarından ümumilikdə 74 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində […]
NK-dan İnzibati Xətalar Məcəlləsi ilə bağlı SƏRƏNCAM
Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı Prezident fərmanının icrasının təmin olunması barədə sərəncam verib. Edliyyeinfo.az xəbər verir ki, sərəncamı Baş nazir Əli Əsədov imzalayıb. Sərəncama əsasən, Ədliyyə Nazirliyi bir sıra dövlət qurumları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanun və müvafiq fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini […]
“Hüququn səsi” Dünya televiziyasında yeni layihə
Tanınmış hüquqşünas və mediator Zaur Quliyev televiziya məkanında yeni hüquqi layihə ilə çıxış edir. Onun müəllifi və aparıcısı olduğu “Hüququn səsi” proqramı yaxın vaxtlarda Dünya televiziyasının efirində tamaşaçılara təqdim olunacaq. Yeni layihə cəmiyyət üçün aktual olan hüquqi mövzuların sadə, aydın və anlaşılan dildə izahını hədəfləyir. Proqram çərçivəsindəpeşəkarların iştirakı ilə ailə, əmək, inzibati, cinayət, mülki-hüquqi münasibətlər, […]
Bu ildən kirayə mənzillər “SİMA İmza” ilə də əldə ediləcək
SİMA yeni nəsil rəqəmsal imzanın “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiyası təmin olunub. Edliyyeinfo.az xəbər verir ki, artıq sistemdə digər elektron imza vasitələri ilə yanaşı, “SİMA İmza”dan da istifadə etmək mümkündür. Belə ki, ipoteka krediti və ya satmaq öhdəliyi ilə kirayə mənzil almaq istəyən vətəndaşlar sistemə SİMA rəqəmsal imza ilə daxil olaraq, elektron kabinet […]
Ədliyyə naziri regionlardakı hüquqşünas çatışmazlığından danışdı
Həqiqətən də, “LEGİS Hüquq Forumu” cəmiyyəti və hüquq ictimaiyyətini maraqlandıran bir platformadır. Hüquq təhsilinin mahiyyəti bütövlükdə hüquq sistemində həyata keçirilən islahatların təməlində duran amil kimi qiymətləndirilməlidir. Hüquq təhsilinin keyfiyyətində olan boşluqlar sonradan ədalət mühakiməsi və normayaratma prosesində olan boşluqlara çevrilir. Hər şeyin kökü hüquq təhsilindən qaynaqlanır. Edliyyeinfo.az xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov […]










