Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili müqəddəs diyarlarda – doğma Qarabağda qeyd etmək bayrama xüsusi şövq qatır. Polis əməkdaşları bu sevinc və qürura uyğun davranır, vətəndaşların tətil günlərini işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq şəraitində keçirməsi üçün gücləndirilmiş iş rejimində çalışır, təhlükəsizliyi təmin etmək naminə bütün zəruri tədbirləri həyata keçirirlər.
DİN Mətbuat Xidmətindən bildirilib ki, yalnız müvafiq icazəsi olan şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq. Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər.
Bir daha nəzərinizə çatdırırıq ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.
Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı – Qarabağın hər bir güşəsi həmrəylik və firavanlıq simvoludur. Gəlin, bu torpaqların ənənələrinə sadiq davranaq, daha çox məsuliyyətli, daha çox həmrəy olmaqla ömür səhifəmizə xəta-bəlasız, sevgi və xoşbəxtlik dolu xatirələr həkk edək. Bayramınız mübarək!
Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimə ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 528-3-cü maddədə əksini tapıb. Layihəyə əsasən, xüsusi icra məmurları haqqında” qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının […]
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb. Edliyyeinfo.az xəbər verir ki, məktubda deyilir: Hörmətli cənab Prezident, Əziz Qardaşım, Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ölkənizin […]
Məlum olduğu kimi, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Sağlamlıq hüququ isə yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla, insanın sağlam şəraitdə yaşaması, fiziki və psixoloji sağlamlığının qorunması və bərpası hüququdur. Konstitusion təminat altına alınmış hər iki hüququn müdafiəsi və həmin pozuntudan irəli gələn […]