Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili müqəddəs diyarlarda – doğma Qarabağda qeyd etmək bayrama xüsusi şövq qatır. Polis əməkdaşları bu sevinc və qürura uyğun davranır, vətəndaşların tətil günlərini işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq şəraitində keçirməsi üçün gücləndirilmiş iş rejimində çalışır, təhlükəsizliyi təmin etmək naminə bütün zəruri tədbirləri həyata keçirirlər.
DİN Mətbuat Xidmətindən bildirilib ki, yalnız müvafiq icazəsi olan şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq. Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər.
Bir daha nəzərinizə çatdırırıq ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.
Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı – Qarabağın hər bir güşəsi həmrəylik və firavanlıq simvoludur. Gəlin, bu torpaqların ənənələrinə sadiq davranaq, daha çox məsuliyyətli, daha çox həmrəy olmaqla ömür səhifəmizə xəta-bəlasız, sevgi və xoşbəxtlik dolu xatirələr həkk edək. Bayramınız mübarək!
Estoniya və Somali Azərbaycanda səfirlik açır. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb. Qeyd edilib ki, Estoniyanın və Somalinin Azərbaycanda səfirliklərinin təsis edilməsi ilə bağlı müvafiq prosedurlara başlanıb. Baxış Sayı: 430
Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 9-da […]
Azərbaycanda nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı qadağan ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “Reklam haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün […]