Info Prezident

“Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Edliyyeinfo.az:   Məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və operativliyin artırılması ədalət mühakiməsinin həyata keçirilməsi, həmçinin təhqiqat və ibtidai istintaq zamanı obyektiv rəylərin təqdim edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə müasir texnologiyaların tətbiqi obyektiv, hərtərəfli və ətraflı məhkəmə ekspertizası tədqiqatlarının aparılmasında, yarana biləcək sui-istifadə hallarının qarşısının alınmasında olduqca vacibdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini […]

Info Prezident

İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb. Edliyyeinfo.az  xəbər verir ki, məktubda deyilir: Hörmətli cənab Prezident, Əziz Qardaşım, Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ölkənizin […]

Ana Səhfə Info Prezident Sənədlər

Prezidentdən 2 milyon manatlıq SƏRƏNCAM

Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolunun təmiri ilə bağlı Sərəncam imzalayıb. Edliyyeinfo.az  xəbər verir ki, Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının […]

Info Prezident

İlham Əliyev Viktor Orbanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu ünvanlayıb. “Edliyyeinfo.az“ın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab Baş nazir, Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Dost ölkə və strateji tərəfdaşımız olan Macarıstanla dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur. […]

Info Prezident

Azərbaycanda yeni medal təsis edildi

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” yubiley medalı təsis edilib. Edliyyeinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu təsdiqləyib. Etni zamanda, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və medalın təsviri təsdiq edilib. Həmçinin Prezident İlham Əliyev Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək […]

Info Prezident

Prezident bu qaydaya dəyişiklik etdi

Azərbaycanda insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib. Edliyyeinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliyi təsdiqləyib. Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndəriləcək. Dövlət başçısının imzaladığı müvafiq Fərmanla […]

Info Prezident Sənədlər

İlham Əliyevdən bu qurumlarla bağlı – Fərman

“Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 18 iyul 2018-ci il tarixli Fərmanda dəyişiklik edilib. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev yeni Fərman imzalayıb. Fərmana əsasən, xidmətin işçilərinin say həddi 55-dən 65-ə çatdırılıb. Nazirlər Kabineti sözügedən Fərmandan irəli gələn məsələləri həll etməlidir. Prezidentin imzaladığı digər Fərmana əsasən, Dövlət Turizm Agentliyinin işçilərinin […]

Info Prezident

İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqlədi

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” Azərbaycan Respublikasının ona dair müvafiq qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilib. Edliyyeinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Sənəd MDB Hökumət Başçıları Şurasının 2022-ci il oktyabrın 28-də […]