Info xeberici

28 may-Müstəqillik günü

Bu gün Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna və şanlı bir gündür! 1918-ci ilin bu müqəddəs günündə Tiflisdə İstiqlal Bəyənnaməsi qəbul edildi. Bununla da Şərqdə ilk parlamentli və demokratik respublika olan – Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
Düzdür, ömrü qısa oldu. Amma cəmi 23 ay yaşamasına baxmayaraq, bir çox önəmli qərarlar qəbul etdi.
ABŞ və Fransadan hətta öncə, qadınlara seçib-seçilmək hüququ verərək gender bərabərliyini təmin etdi.
Bütün vətəndaşların-dilindən, dinindən, irqindən, millətindən və cinsindən asılı olmayaraq bərabər hüquqlara malik olduğunu elan etdi.
Bu gün qürurla dalğalandırdığımız üçrəngli dövlət bayrağımız, milli himn, gerb qəbul edildi və ən əsası ana dilimiz dövlət dili elan olundu.
Milli ordu yaradıldı, sərhədlərimiz müəyyən edildi və s.
1920-ci ilin bolşevik işğalı nəticəsində süquta uğrasa da, ilk Azərbaycan Demokratik Respublikasının banisi M..Ə Rəsulzadənin ” Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı 70 il sonra yenidən öz qığılcımlarını ətrafa yaydı.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi.
Bu gün 28 may tatixini işğaldan tamamilə azad edilmiş, suverenliyini bərpa etmiş bütöv Azərbaycanda qeyd etmək hər bir vətəndaş üçün sonsuz qürur hissidir!
Müstəqillik günü- keçmişimizə olan hörmətin və gələcəyə doğru addımlayan güclü,azad Azərbaycanın rəmzidir.
Bayramımız mübarək,əziz xalqım!


Şəhla İlkay.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir