Ədliyyə TV platformasında yeni və cəmiyyət üçün əhəmiyyətli bir layihəyə start verilib. “Psixoloq danışır” adlı bu layihə insanların gündəlik həyatda qarşılaşdığı, lakin çox zaman dilə gətirə bilmədiyi psixoloji problemlərin işıqlandırılmasına yönəlib.
Layihənin əsas fərqləndirici cəhəti tamaşaçı hekayələrinin təqdimat formatıdır. Belə ki, vətəndaşlar tərəfindən göndərilən real həyat hekayələri aparıcı tərəfindən kadr arxasından səsləndirilir, daha sonra isə psixoloq Bilqeys xanım Səfərqızı həmin vəziyyətləri peşəkar şəkildə təhlil edir, səbəbləri izah edir və çıxış yolları ilə bağlı tövsiyələrini bölüşür.

Bu layihə təkcə bir veriliş deyil, eyni zamanda insanların daxili dünyasına işıq tutan, onları anlamağa və dəstək olmağa çalışan sosial platformadır. Çünki çox vaxt danışılmayan problemlər daha ağır nəticələrə səbəb olur
Layihə çərçivəsində vətəndaşlar öz hekayələrini bölüşərək həm psixoloji dəstək ala, həm də başqalarının da eyni vəziyyətdə olmadığını görərək motivasiya əldə edə bilərlər.
Qeyd edək ki, təqdim olunan bütün hekayələrdə məxfilik prinsipi qorunur. Videolarda səsləndirilən adlar şərti xarakter daşıyır və müraciət edən şəxslərin kimliyi tam anonim saxlanılır.
Edliyyeinfo.az olaraq bildiririk ki, bu cür maarifləndirici layihələr cəmiyyətin psixoloji sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Siz də öz hekayələrinizi bizimlə bölüşə bilərsiniz. Göndərilən müraciətlər psixoloq tərəfindən cavablandırılacaq.




