Boşanmadan sonra ən ağır problemlərdən biri uşağın valideynlərdən biri ilə münasibətinin qırılmasıdır. Xüsusilə də ataların “uşağımı mənə göstərmirlər” şikayəti cəmiyyətdə çox yayılıb.Amma məsələ təkcə hüquqi problem deyil. Burada emosiyalar, inciklik, ego, maddi problemlər və bəzən də ünsiyyət çatışmazlığı böyük rol oynayır.Bir çox hallarda tərəflər artıq ər-arvad münasibətini uşağın münasibətinə də daşıyırlar. Nəticədə isə ən çox zərər görən uşaq olur.Bəzən ata düşünür:“Aliment ödəyə bilmirəm deyə uşağı göstərmirlər.”Bəzən ana düşünür:“Uşaq üçün bütün yük mənim üzərimdədir.”Amma unudulan vacib bir məqam var:uşaq valideynlərin mübahisə aləti deyil.Uşağın həm ana, həm də ata sevgisinə ehtiyacı var. Valideynlər bir-birindən ayrıla bilər, amma uşaq valideynindən ayrılmamalıdır.Əlbəttə, bəzi hallarda atanın özü də uşaqla münasibəti qorumaq üçün kifayət qədər addım atmır. Uzun müddət əlaqə saxlamamaq, yalnız problem yarananda uşağı xatırlamaq da münasibətləri zəiflədir.Digər tərəfdən, bəzən analar şəxsi inciklik səbəbilə uşağın ata ilə münasibətini məhdudlaşdırır. Bu isə gələcəkdə uşağın psixologiyasına ciddi təsir göstərə bilər.Hüquqi baxımdan isə valideynlərin hər ikisinin uşaqla ünsiyyət hüququ var. Məhkəmə qərarı olsa belə, əsas məsələ insan münasibətləridir. Çünki məcburi görüşlər heç vaxt sağlam ailə münasibətini əvəz etmir.Məncə ən vacib sual budur:Valideynlər öz münaqişələrini uşağın həyatından ayıra bilirlərmi?Çünki boşanma ər-arvad münasibətini bitirə bilər.Amma valideynliyi bitirmir.





