“Hüququn Səsi” verilişi hüquqşünas, mediator və layihə rəhbəri Zaur Quliyevin təqdimatında yayımlanır. Bu buraxılışda ölkəmizin regionlarında mediasiyanın tətbiqi, real problemlər və onların həll yolları müzakirə olunacaq. Qobustan və Zərdab rayonlarının təcrübəsi əsasında ailə və qohum mübahisələrinin mediasiya yolu ilə həlli imkanları geniş şəkildə təhlil ediləcək.
Verilişin qonaqları:
Qobustan 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator Alcanov Nemət
Zərdab 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator Mələkxanım Məmmədli
Qeyd edək ki, veriliş hər həftənin şənbə günü saat 15:00-da “DünyaTv”da yayımlanır. İnformasiya dəstəkçisi Edliyyeinfo.az saytıdır.




