Müasir dövrdə mübahisələrin alternativ həlli yolları getdikcə daha актуал xarakter alır. Xüsusilə mediasiya institutu həm zaman, həm də maliyyə baxımından vətəndaşlar üçün daha əlverişli mexanizm kimi diqqət çəkir. Azərbaycanda da bu sahə son illərdə inkişaf mərhələsindədir və cəmiyyətdə maarifləndirmə işləri davam etdirilir. Mediasiyanın üstünlükləri, tətbiq sahələri və vətəndaşlar üçün yaratdığı imkanlar barədə daha ətraflı məlumat almaq üçün Edliyyeinfo.az-ın əməkdaşı mediator (Bakı 25 saylı Mediasiya Təşkilatının üzvü) Ramin İsayev ilə həmsöhbət olub.
- Ramin müəllim, nəcə oldu ki, mediasiya sahəsinə gəldiniz?
- Mən bir müddət Azərbaycanda işləyəndən sonra xarici ölkələrdə hüquqşünas kimi fəaliyyət göstərdim. Müxtəlif layihələrdə çalışdım. Həmin ərəfədə müxtəlif kommersiya mübahisəli işlər olurdu. Mən o zaman artıq mediasiya sahəsində məlumatlanmışdım. Bilirdim ki, mübahisələri məhkəməyə gətmədən həll etmək olur. Məhkəmə həm uzun çəkən bir prossesdir, həm də artıq xərcdir. Qeyd edim ki, xarici ölkələrdə məhkəmə Azərbaycana nisbətən çox bahadır. Mən Azərbaycana gələndə bizdə də mediasiya sahəsi formalaşmışdı. Sənədlərimi təqdim etdim, sağ olsunlar, mənə etimad göstərib bu işə qəbul etdilər.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Bir ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm. Eyni zamanda vəkil kimi də çalışıram. Mən vəkil kimi fəaliyyət göstərəndə də mübahisələrin məhkəməyə gətməyinin hər zaman əleyhinə olmuşam. Əslində hüquqşünas və vəkilin uğuru onun məhkəmədə qalib gəlməsi deyil, məhkəməyə qədər olan risklərin qarşısını almaqdadır.
- Bayaq qeyd etdiniz ki, bəzi məsələlər var ki, onlar məhkəməyə gedənə qədər mediasiya vasitəsilə həll oluna bilər. Onlar hansı məsələlərdir?
- Daha çox ailə məsələləri olur. Məsələn, ailələr boşanmağa qərar verilərsə, bunun üçün məhkəməyə getməyə gərək yoxdur. Bu məsələni mediasiyada həll etmək mümkündür. Bundan başqa, kommersiya məsələrinin də mediasiya vasitəsilə həll olunması məqsədəuyğundur. Çünki itirilən zaman həm də pul itkisi deməkdir.
- Ramin müəllim, qeyd etdiniz ki, son zamanlarda sizə daha çox boşanma ilə bağlı müraciətlər olur. Bəs yekun qərarı kim verir?
- Burada yənə də prinsiplər məsələsi var. Bəzən görürsən ki, tərəflər qohumları ilə birlikdə gəlirlər. Kənar müdaxilələr çox olur. Bələ hallarda bəzən iş məhkəməyə qədər gedib çıxır. Amma əksər hallarda, bütün məsələlərə mediasiyada aydınlıq gətirilir ve tərəflər öhdəliklərinə düşən vəzifələri icra edirlər.
- Mediasiyanın üstünlükləri nədir?
- Mediasiyanın üstünlükləri çoxdur. Ən azından vətəndaşlar artıq xərclərdən və zaman itkisindən azad olurlar. Təəssüf ki, bizdə əhalinin mediasiya ilə bağlı maariflənməsi hələ bii istədiyimiz səviyyədə deyil. Bunun üçün şura əlindən gələni edir. Ümid edirəm ki, tez bir zamanda hər şey yoluna düşəcək. Bir də ki, bizdə mübahisələr əksər hallarda prinsipiallığa dayanır. Məsələn, lazım oldu, olmadı, hər hansı bir məhkəmə qərarını apelasiyaya verirlər. Bu da bir vəkil kimi mənə xoş gəlmir.
- Mediasiyanın ümumi prinsipləri hansılardır?
- Ən birici məsələ odur ki, vətəndaşlar qərarları özləri verirlər. Amma məhkəməyə getdikdə bəzən qanunlar onların əleyhinə işləyə bilər. Çünki qanun alidir. Bizim prisipimiz vətandaşın hansısa bir qərarına müdaxilə etmək deyil. Onları razılığa, barışığa çağırmaq əsas prinsipimizdir. Ailə də kiçik bir dövlətdir. Məsələn, boşanmaq üçün müraciət edən çütlüklərin arasında ciddi mübahisə olmazsa, biz onları barışığa çağırırıq. Mediator bir ailənin dağılmaması üçün əlindən gələni edir.
- Son olaraq nə demək istərdiniz?
- Mediator olaraq onu demək istəyirəm ki, vətəndaşlarımız hər hansı bir mübahisəli məsələdə bir-birinə güzəştə getməyi bacarsınlar. Biz də bu məsələlərdə onlara əlimizdən gələn köməkliyi göstərməyə hər zaman hazırıq.
Göründüyü kimi, mediasiya təkcə hüquqi mexanizm deyil, həm də cəmiyyətdə anlaşma mədəniyyətinin formalaşmasına xidmət edən vacib vasitədir. Mütəxəssislərin fikrincə, bu sahənin daha da inkişaf etməsi üçün vətəndaşların maarifləndirilməsi və mediasiyaya etimadın artırılması əsas şərtlərdəndir. Mübahisələrin məhkəməyə daşınmadan həlli isə həm fərdlər, həm də bütövlükdə cəmiyyət üçün daha sağlam və effektiv nəticələr vəd edir.



