Info

Əhliman Mehdiyevin Doğum Günündə Duyğusal Anlar: Bir Gözümüz Güldü, Bir Gözümüz Ağladı

17 may. Bu gün çox qəribə bir gündür…
-Niyə? -deyə soruşanlar olacaq, bilirəm…
Çünki, bu gün hisslərin qarışdığı bir gündür! Sevincin kədərə, kədərin sevincə çevdildiyi həmin gün!.. Nə çətindir hər iki hissi eyni anda yaşamaq…
Əslində, hər il bu günü ikiqat sevinclə qeyd edirdik. Çunki, Əhlimanla bacısı Əzizgülün doğum günü eyni  günə təsadüf edir. Onlar əkiz deyillər, iki yaş fərqləri var.
Əhliman mənim Zülfəli əmimin ilk nəvəsidir. Nənəsi Nüşabə onu öz qucağında böyütmüşdü. Sanki, ilk nəvələri yox, sonuncu övladları idi. Onun şəhidliyi ilə sanki, dünyaları başlarına yıxıldı…
Bəli, şəhidliyi ilə…
Şəhidlik zirvəsinə ucaldı, Əliş. Körpə yaşında!. Cəmi 18 yaşı vardı. Üç ayın əsgəri oldu.
Əhliman Mehduyev Rəhman oğlu. 17 may 2002-ci ildə İmişli rayonunun Məzrəli kəndində doğuldu. 2020-ci ilin iyul ayında hərbi xidmətə çağırıldı. Qorxmazlığı və cəsarəti sayəsində Xüsusi Təyinatlı Qüvvəlırin sıralarlnda xidmət göstərnəyə layuq görüldü. Bu, onun ən böyük arzusu idi.
2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharubəsində  ön sıralarda döyüşənlərdən oldu. Düşmənin keçilməz sədlərini keçdilər. Murovdağ istiqamətindəki strateji əhəmiyyətli Koroğlu yüksəkliyinin və Ömər aşırımının azad olunmasında şücaətlə döyüşdü.
Amma.., çox təəssüf ki, bu igid döyüş yolu çox qısa oldu.
2 oktyabr 2020-ci ildə Şəhidlik Zirvəsinə ucaldı. Bu zirvə çox ucadı, onun azad etdiyi zirvələrdən də uca! Amma bir ana üçün, bir ata üçün bundan böyük hansı dərd ola bilər ki?!
Qısa bir zamanda Əlişin anası Mənsurənin saçları ağappaq oldu. Atası Rəhmanın sanki beli büküldü, sürətlə qocaldı, yaşamaq çətin gəldi.
İndi bu gün həmin gündür-Əlişimlə Əzizgülümün doğum günü!
Amma necə deyərlər, biri vardı, biri yox…
Bu gün biz – Jalə Asimanla mən, Edliyyeinfo.az kollektivi olaraq bu tədbirdə iştirak edirik. Amma  Mənsurə xanımdan və burda oturan digər şəhid analarından müsahidə almağa belə çətinlik çəkirik. Qəhər bizi  boğur…
Hər il ad günündə özü dəvət edərdi, Əlişim. “Xala, uşaqları da götür,gəl. Gözləyəcəm”-deyərdi.
İndi gəlmişəm, hardasan Əlişim? 24 yaşını qeyd etnəyə gəlmişəm. Amma sən böyüməmisən, elə 18 yaşında qalmısan. Böyümək istəmirsən.
Bacın səni vurub keçdi, bu il 22 yaşını qeyd etdik. Çox sevindik, çox fərəhləndik, amma bir gözümüz də səni axtardı. Nə çətin gündür bu gün, nə qəribə gündür.. Hisslərin qarışdığı gün! Sevinclə kədəri eyni anda yaşamağa məcbur olduğumuz gün! Bir gözümüzün gülüb, bir gözümüzün ağladığı gün!
Çox sevinirdik illər öncə,bacı-qardaş hər ikisinin doğum gününüeyni gündə qeyd etdiyimi üçün, İndi təəssüflənirik. Şünki bir ömür boyu bu günü bir gözü ağlar, bir gözü gülər keçirməyə məhkumuq.
Doğum gününüz mübarək, əzizlərim! Nə yaxşı ki, doğulmusuz!  ….Bundan sonrakı arzuları eyniləşdirə bilmirəm, təəssüf ki. Amma biri qəhrəman, qürur mənbəyimiz! Digəri ağıllı, anasının dayağı!
Nə yaxşı ki, doğulmusuz! Nə yaxşı ki……

Döyüş yolunda göstərdiyi qəhrəmanlıqlara görə Əhliman Rəhman oğlu Mehdiyev ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə
⁃lll dərəcəli Rəşadət ordeni
⁃“Vətən uğrunda” medalı
⁃“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Şəhla İlkay

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir