Info

Qubada heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə tanışlıq oldu

Edliyyeinfo.az:  21 may 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Küçeyi kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə tanış olmuş, təsərrüfatda yaradılmış şəraitə baxış keçirmişdir. 

Tanışlıq zamanı təsərrüfatın fəaliyyəti, heyvandarlıq sahəsində görülən işlər, mal-qaranın saxlanılması üçün yaradılmış şərait, yem bazasının təşkili və istehsal imkanları barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, kənd təsərrüfatının, xüsusilə heyvandarlıq sahəsinin inkişafı rayon iqtisadiyyatının əsas istiqamətlərindən biri olmaqla əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayır.

Görüş zamanı kənd təsərrüfatının inkişafı, heyvandarlıq sahəsində məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, yerli istehsalın genişləndirilməsi və sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, kənd yerlərində sahibkarlığın inkişaf etdirilməsi, fermerlərə göstərilən dövlət dəstəyi və aqrar sahədə həyata keçirilən islahatların əhəmiyyəti vurğulanmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması və bu sahədə fəaliyyət göstərən təsərrüfatların dəstəklənməsinin bundan sonra da diqqət mərkəzində saxlanılacağı bildirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir